Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir.
Ümummilli Lider Heydər Əliyev gənclər haqqında: Gənclərimiz
bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı
bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir.
Ümummilli lider Heydər Əliyev gənc nəslin
tərbiyəsinə, təhsilinə, özlərinin milli mənsubiyyətini yüksək tutmasına, ölkəmiz
üçün layiqli varislər olmasına həmişə böyük diqqət yetirmişdir. Ulu öndər gənclərə
lazımi kömək göstərmiş, onlara müdrik tövsiyələrini, məsləhətlərini vermişdir.
İstər müxtəlif illərdə tələbə olmuş gənclərlə görüşlərində, istər yeni dərs
ilinin başlanması münasibətilə məktəblərdə keçirdiyi tədbirlərdə, istər ali məktəblərdə
olduğu vaxtlarda və istərsə də gənclər forumunda etdiyi məruzə və çıxışlarında
gənclərin fəaliyyətlərini yüksək qiymətləndirmişdir. O, Azərbaycan gəncliyinə həmişə
nikbin nəzərlərlə baxmış, bugünkü gənclərin gələcəkdə ölkəmizi idarəedənlər
olacağına inamını ifadə etmişdir. Heydər Əliyev gənclərimizin tariximizi,
keçmişimizi və tarixi köklərimizi öyrənmələrinə və yaxşı bilmələrinə, çox
böyük önəm verirdi. Mənəviyyatın əsas kökləri, rişələri məhz tarixi keçmişimizdən
qaynaqlandığından və bunları dərindən bilməklə sıx bağlı olduğundan, bunu həm
də gənclərimizin bu günü və gələcəyi ilə bağlayırdı. Böyük öndər deyirdi: “Tariximizi,
tarixi köklərimizi yaxşı bilmədən, onlara hörmət etmədən müstəqil dövlətimizi
gələcəkdə yaxşı qura bilmərik. Ona görə də gənclər gərək öz köklərini, respublikamızın,
xaqımızın tarixini bilərək bu gün də, gələcəkdə də vətənpərvərlik, Vətənə xidmət,
Vətənə qayğı hissi ilə yaşasınlar.”Xalqımızın zəngin tarixi olduğunu dönə-dönə
vurğulayan ulu öndər bu tarixi, xalqımıza məxsus mədəniyyəti, mənəviyyatı,
milli dəyərləri gənc nəslə çatdırmağı və onları bu ruhda tərbiyə etməyi müəllimlərin,
məktəbin müqəddəs borcu hesab edir və bunun çox vacib olduğunu qeyd
edirdi. Ulu öndər ta qədimdən bu günə qədər olan tariximizi, ədəbiyyatımızı
gənclərin vətənpərvərlik, vətəndaşlıq, milli mənsubiyyəti ilə fəxr edə bilmək
hissləri ilə sıx bağlı olduğunu göstərir, bunların bir-biri ilə qarşılıqlı əlaqədə,
vəhdətdə olduğunu qeyd edirdi. O, hər bir Azərbaycan gəncinə tariximizi və Azərbaycan
ədəbiyyatını yaxşı bilməyi tövsiyə edir və bildirirdi ki, tariximizi, tarixi
keçmişimizi dərindən öyrənmədən vətənpərvər olmaq mümkün deyil.
Aqşin Hüseynov,
YAP Neftçala rayon təşkilatı
ərazi partiya təşkilatının sədri
Digər xəbərlər