Milli Qürurun və Qayıdışın Manifesti

Biz
vətənpərvərlik ruhunda, xalqa, torpağa bağlı yeni gənc nəsli yetişdirərək Qələbəmizi
şərtləndirdik.
Prezident
İlham Əliyev 28 May – Müstəqillik Günü münasibətilə Laçında etdiyi çıxışında Azərbaycanın
tarixində mühüm rol oynayan milli ruhun və gənc nəslin vətənpərvərliyinin Zəfərin
əsasını təşkil etdiyini vurğuladı. Dövlət başçısı qeyd etdi ki, bu gün əldə
olunan qələbələr birdən-birə baş verməyib – bu, illərlə aparılan məqsədyönlü
siyasətin, milli-mənəvi dəyərlərə əsaslanan tərbiyənin və vətəndaş həmrəyliyinin
nəticəsidir.
Prezident
bildirdi ki, Azərbaycanın güclü və yenilməz ordusunu formalaşdıran əsas sütun məhz
vətən sevgisi ilə yoğrulmuş gənclər olub: “Biz elə bir gənc nəsil yetişdirdik
ki, onlar Vətən uğrunda canından keçməyə hazır idilər. Bu ruh, bu amal bizi Qələbəyə
apardı.”
Dövlət
başçısı həmçinin Laçının və ümumiyyətlə Qarabağ və Şərqi Zəngəzurun azad
olunmasını təkcə hərbi uğur deyil, həm də ideoloji və mənəvi zəfər kimi dəyərləndirdi.
Bu zəfərin arxasında dövlətin milli-mənəvi tərbiyə siyasəti, təhsil
islahatları, ordu quruculuğu və ictimai həmrəylik dayanır.
Prezident
İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, Azərbaycan xalqı işğal altında
qalan torpaqlarla heç vaxt vidalaşmayıb. “Biz qayıtmalı idik və qayıtmışıq” –
bu sözlər, illərlə xalqın qəlbində daşıdığı ümidin və əzmin simvoluna çevrildi.
Laçında
keçirilən rəsmi tədbirdə Prezident, Azərbaycanın bu bölgəyə suveren şəkildə
qayıdışının yalnız siyasi deyil, həm də tarixi və mənəvi baxımdan da böyük əhəmiyyət
kəsb etdiyini bildirdi. Bu gün Laçında dalğalanan üçrəngli bayraq, əslində Azərbaycanın
bütövlüyünün, ərazi suverenliyinin və milli qürurunun nişanəsidir.
Prezident
qeyd etdi ki, Laçın şəhərinin və ətraf rayonların yenidən qurulması, müasir
infrastrukturun yaradılması və doğma yurdlarına qayıdan sakinlərin həyat şəraitinin
yaxşılaşdırılması dövlətin əsas prioritetlərindəndir. “Qarabağ və Şərqi Zəngəzurda
həyat canlanır, insanlar qayıdır, torpaqlarımız dirçəlir. Bu, bizim tarixi
missiyamız idi və biz onu uğurla yerinə yetirdik,” – deyə dövlət başçısı
vurğuladı.
Prezident
İlham Əliyevin Laçında etdiyi çıxış, yalnız Müstəqillik Günü münasibətilə
deyil, həm də Azərbaycanın yeni dövrünün – Zəfərdən sonra quruculuq və inkişaf
mərhələsinin ideoloji əsaslarını nümayiş etdirdi. Bu çıxış həm də bir çağırış
idi – Vətənə, tarixə və gələcəyə olan məsuliyyət çağırışı.
Aytən İmanova,
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin
direktoru,
YAP Hacıqabul rayon təşkilatının fəalı.
Digər xəbərlər



