Azərbaycan-Türkiyə-Pakistan birliyi, qardaşlığı

2025-06-02 Baxış: 116
img

Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür.

Çünki 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bizi Türkiyə və Pakistan dəstəkləmişdir. Türkiyənin və Pakistanın dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi. Bu böyük siyasi və mənəvi dəstəyə görə biz hər zaman qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarıq.

Bu gün bizim üçtərəfli əməkdaşlığımızın yeni səhifəsi açılır. Əminəm ki, bu gün müzakirə etdiyimiz məsələlər, əldə edilmiş razılaşmalar bizi bir-birimizə daha da yaxın edəcək

Azərbaycan, Türkiyə və Pakistan bir-birinə yaxın dost və qardaş ölkələr kimi tarixə düşüb. Bu əlaqələrin mərkəzində dayanan isə xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmaları, tarixi-dini köklər və qardaşlıq münasibətləridir. Tarixən möhkəm bağlılıqlar ölkələr arasında həqiqətən də qardaşlıq və dostluq münasibətlərinin inkişafına müsbət təsir göstərmişdir. Azərbaycan-Türkiyə-Pakistan münasibətləri və strateji tərəfdaşlıq bu gün də yüksələn xətlə inkişaf etməkdədir. Ölkələr qarşılıqlı etimada və dəstəyə əsaslanan münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyiblər və bu gün də belədir. Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşünün keçirilməsi bu münasibətlərin dostluq və birgə əməkdaşlıq münasibətlrinin yüksək səviyyədə olmasının təzahürüdür. Bu Zirvə görüşü işğalından azad edilmiş Laçında, Azərbaycanın Müstəqillik Günündə keçirildi. Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bildirdiyi kimi, “Bunun böyük rəmzi mənası var. Bugünkü Zirvə görüşü sayca ikincidir. Keçən ilin iyulunda Azərbaycan-Türkiyə-Pakistan birinci Zirvə görüşü keçirilmişdir. Əminəm ki, biz bu ənənəni davam etdirəcəyik. Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq”.

Qeyd edək ki, bu günə qədər üç ölkənin parlament sədrləri, xarici işlər nazirləri, müdafiə nazirlikləri səviyyəsində bir sıra görüşlər, tədbirlər və təlimlər keçirilib. Üçtərəfli əməkdaşlıq platformaları beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, yalnız sülh, təhlükəsizlik sabitlik və tərəqqini təşviq edir. 44 günlük Vətən müharibəsində qardaş Türkiyə və Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək xüsusi vurğulanmalıdır. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana dost ölkələr onun haqq səsinə səs verdilər. Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır”, – deyən Azərbaycan Prezidenti qeyd edib ki, multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik: “Müdafiə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib”.Qeyd edək ki, paytaxt Bakıda keçirilən Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş – 2021” beynəlxalq təlimi də bu dostluğunu təzahürü idi. Təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması idi. Azərbaycan ilə Türkiyə Respublikası arasında imzalanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən təşkil olunan “Qardaş yumruğu” birgə təlimləri bir daha bütün dünyaya göstərdi ki, bu birlik sarsılmaz və ədəbdidir. Azərbaycanın dövlət sərhədləri, ərazi bütövlüyü toxunulmazdır. Dostluq və qardaşlığa söykənən Azərbaycan Türkiyə Pakistan münasibətləri bu gün daha yüksək bir mərhələdədir.

 

 

            Bəxtiyar Ələkbərov,

            YAP Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat (ƏPT) sədri.