Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi

44
günlük Vətən müharibəsində möhtəşəm zəfərin əldə olunmasında vətənpərvərlik
ruhunda böyüyən gənclərin rolu danılmazdır. Ona görə də bu gün Azərbaycanda həyata
keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında
ölkə üçün layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqilliyinin
üçüncü onilliyinə qədəm qoymuş Azərbaycanın hərtərəfli gələcək inkişafı üçün məhz
milli şüura malik, vətənpərvər və doğma Vətənin tərəqqisi naminə çalışan gənclərin
formalaşması olduqca zəruridir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu
müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir. Dahi rəhbərimiz
müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişdiyini qürur hissi ilə
vurğulayaraq deyirdi: “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini
möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən,
Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi
vardır”.
Bu
da xüsusilə vurğulanmalıdır ki, ölkəmizdə gənc nəslə xüsusi diqqət və qayğı
göstərilməsinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli
Lider ölkəyə rəhbərlik etdiyi dövrlərdə gənclərə inanıb, güvənib, onların hərtərəfli
biliyə malik olmaları, hərbi vətənpərvərlik ruhunda yetişmələri üçün bütün
imkanlardan istifadə edib. Prezident cənab İlham Əliyev dəfələrlə qeyd edib ki,
gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar müstəqillik
illərində – Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə
formalaşmış nəslin nümayəndələridir. Halbuki müstəqilliyimizin ilk illərində
digər sahələrdə olduğu kimi, orduda da vəziyyət acınacaqlı idi. Hərbi xidmətdən
boyun qaçırma halları geniş vüsət almışdı. Amma Ulu Öndər Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində əsaslı islahatlar
aparıldı. İnsanların dövlətçiliyə və orduya inamı daha da artdı.
Azərbaycanın
5 min ilə yaxın dövlətçilik tarixində Qarabağ müharibəsi xüsusi yer tutur.
Tariximizə nəzər salsaq, görərik ki, yaratdığımız dövlətlər dəfələrlə yadelli
işğalçıların talamına, torpaqlarının zəbt olunmasına məruz qalıb. 44 gün ərzində
Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu itirdiyimiz torpaqları
özümüzə qaytarmaqla onilliklər sonra müstəqil dövlətimizin ərazi bütövlüyünü təmin
etmiş oldu. Burada Azərbaycan igidləri yalnız silah və texnika gücü ilə yox,
eyni zamanda fərdi şücaətləri ilə yadda qaldı. Bu da onların Vətənə məhəbbət
hissinin, vətənpərvərliklərinin bariz nümunəsi kimi bugünkü yeniyetmələr üçün
bir örnəkdir.
Söz
yox ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən
sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Döyüşlər zamanı canından,
qanından keçən gənclərimiz milli maraqlarımız, dövlətçilik uğrunda yetişdiklərini
təsdiq etdilər. Təsdiq etdilər ki, Azərbaycan gəncləri milli, vətənpərvərlik
ruhunu yaşadaraq haqq və hüquqlarımızın keşiyindədirlər. Bu isə həm də ondan xəbər
verir ki, bundan sonra da milli maraqlarımızı, dövlətçiliyimizi, ərazi
bütövlüyümüzü, ümumilikdə, suverenliyimizi qoruyacaq layiqli gənclərimiz var,
onların sayı gündən-günə çoxalmaqdadır. Azərbaycan Prezidenti cənab İlham
Əliyev hələ ötən il Şuşada – Cıdır düzündə xalqa müraciət edərkən bu xüsusda
bildirirdi: “Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə
edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi
ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı
bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri
iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas
missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər,
2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara
borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni
yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi”.
Gənclərimizin
bu gün özünü göstərən milli, vətənpərvərlik ruhu onu deməyə əsas verir ki, Azərbaycanın
gələcəyi əmin əllərdədir. Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə,
yüksək vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb.
Bu
gün Azərbaycan artıq öz ərazi bütövlüyünü təmin etmiş, işğaldan azad olunmuş ərazilərdə
genişmiqyaslı quruculuq işləri aparan dövlət olaraq gücünü həm dosta, həm də
düşmənə göstərməkdədir. Bir çox dünya ölkələri tərəfindən də maraqla izlənilən
bu tədbirlər Azərbaycan dövlətinin iqtisadi gücünü, nüfuzunu göstərir. Çox
şükürlər olsun ki, Azərbaycan Prezidentinin müdrik siyasəti, ordumuzun qətiyyəti
sayəsində bizim bayrağımız yenə də Qarabağın bütün ərazisində dalğalanır. Son
hadisələr də göstərir ki, Azərbaycan gəncliyi cəsurdur, mübarizdir və ərazi
bütövlüyümüzün bərpa olunması yolunda bütün təxribatların qarşısını qətiyyətlə
almağa qadirdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
dediyi kimi: “İndi Azərbaycan xalqı görür ki, biz nəyə qadirik. Görür ki, biz
müharibədə də qələbə qazanırıq, həyatda da qələbə qazanırıq və bizi güclü edən
xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində
olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın
iradəsi, dəstəyidir...”
Tarixi
Qələbəmizin əsasında dayanan vətənpərvərlik ruhunun aşılanmasında isə qədim və
zəngin tariximizin öyrənilməsi və təbliği, tarixi keçmişimizə doğma, yanarlı
münasibət mühüm rol oynayır. “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və
Açıq Səma Altında Muzey Kompleksinin kollektivi də dövlətimizin maddi-mədəni
irsə böyük qayğısından bəhrələnərək gələcəyimiz olan gənclərimizə qəhrəmanlıqlarla
dolu keçmişimizi, zəngin dövlətçilik tariximizi, milli-mənəvi dəyərimizi,
xalqımızın minilliklərdən süzülüb gələn mədəni irsini təbliğ etmək istiqamətində
səy və bacarığını bundan sonra da əsirgəməyəcək.
Sərxan
Şəfizadə,
Yeni
Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının fəalı.
Digər xəbərlər



