Laçında keçirilən Zirvə görüşü strateji baxımdan uğurlu geosiyasi addımdır

28
illik işğaldan azad edilmiş Azərbaycan torpaqlarında quruculuq işləri genişlənir.
Dövlət müstəqilliyinin 107-ci ilini yenidən qurulan Laçında qeyd olunması
xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şəriflə bu şəhərdə
görüşü Ankara-Bakı-İslamabad əlaqələrinin yüksək səviyyəsinin təsdiqidir. Hər
üç ölkənin liderlərinin Laçın görüşü regional və qlobal miqyasda ciddi marağa səbəb
oldu.
Xüsusilə,
ölkəmiz dünyaya Laçında yaradılmış şəraiti, işğaldan azad olunmuş ərazilərin bərpası
və yenidən qurulması sahəsində görülən işlərin miqyasını nümayiş etdirdi. Azərbaycan
dövləti Laçın və işğaldan təmizlənən başqa bölgələrin Azərbaycanın əbədi,
tarixi torpaqları olduğunu bir daha beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırdı.
Bundan
başqa, Qarabağda və Şərqi Zəngəzurda kənardan yardım olmadan, yalnız öz
gücümüzə geniş tikinti- quruculuq işlərinin aparılması, yeni elektrik xətlərinin
çəkilməsi, yol, köpü, tunel inşası həm də Azərbaycanın iqtisadi gücünün göstəricisdir.
Bəli,
məhz Laçında keçirilən üçtərəfli Zirvə görüşü təkcə simvolik hadisə
deyil, həm də strateji baxımdan gələcəyə yönəlmiş diplomatik və geosiyasi
addımdır. Azərbaycan üçün bu, beynəlxalq legitimliyin və regional liderliyinin
gücləndirilməsi deməkdir. Türkiyə və Pakistan üçün isə bu platforma Cənubi
Qafqazda yeni əməkdaşlıq imkanlarının açılması və öz strateji mövqelərinin daha
da gücləndirilməsi mənasını verir.
Xüsusilə
hər üç qardaş və dost ölkənin bundan sonrakı dövrlərdə də bu çərçivədə birgə hərbi
təlimlərin, enerji layihələrinin və beynəlxalq forumlarda koordinasiyalı mövqelərin
şahidi olacağımıza inanırıq.. Laçın zirvə görüşü görüşü bir başlanğıc
kimi regionda yeni güc mərkəzinin formalaşmasında həlledici addımlardan
biri hesab edilə bilər.
Zirvə
görüşündə Prezident İlham Əliyev Türkiyə və Pakistanın 2020-ci il Vətən
Müharibəsi zamanı göstərdiyi siyasi və mənəvi dəstəyə görə, onlara bir daha
minnətdarlığını bildirdi. Ona gr əki, bu iki qardaş ölkənin Azərbaycanın haqlı
mövqeyini dəstəkləməklə regionda ədalətin bərpasına töhfə verdi. Ölkəmizin
başçısı bildirdi ki, Azərbaycan da öz növbəsində həmişə Türkiyə və Pakistanın
yanında olub, bu da qarşılıqlı etimad və həmrəyliyin bünövrəsini təşkil
edir.
Qüruverici
haldır ki, qardaş ölkə liderlərinin ölkəmizə səfəri münasibətlərimizin
sarsılmaz olduğunu göstərməklə yanaşı, daha böyük uğurlara yol açacaq mərhələnin
təməlini qoydu. Zirvə görüşündə ölkə başçılarının səsləndirdiyi fikirlər təsdiq
etdi ki, bölgədə Azərbaycan, Türkiyə və Pakistan müqayisəolunmaz güc mərkəzidirlər.
Xüsusilə anlaşıldı ki, dərin köklərə malik qardaşlıq və üç ölkə liderinin
yüksək diplomatik bacarığı daha ciddi perspektiv vəd edir.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



