26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür.

Hərbçilərimizin
şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın
şanlı qələbənin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa,
Kəlbəcər, Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi
azad edildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir.
44 gün ərzində müntəzəm surətdə fərqli mənbələrdən və ünvanlardan müxtəlif təzyiqlər,
təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Müzəffər Ali Baş Komandan
bununla tarixi ədaləti bərpa etdi.
Bu
gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və
Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun
növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə
aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə
qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə
artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları
da genişlənir. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir.
Ordu
quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu. Bu dövrdən etibarən ölkədəki
silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş tədbirlər nəticəsində
qısa zaman kəsiyində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri
işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan ordusunun əlinə keçdi. Bu
uğurların müvəqqəti olduğunu güman edən düşmən öz havadarlarının köməyindən və
silah sursatından istifadə edərək 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu
irimiqyaslı hücum əməliyyatlarına başladı, lakin Azərbaycan ordu hissələrinin
Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki müqaviməti ilə rastlaşan və
Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən cəbhədə atəşkəsə
razılıq verməli oldu.
Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da
inkişaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması
haqqında fərman imzalamışdır.
Prezidentin
20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr
hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət
göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi
və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır. Azərbaycan
Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə
dövrünü yaşayır. Bu ordu işğal olunmuş əraziləri düşməndən azad etməli, ölkənin
ərazi bütövlüyünü qorumalıdır. Tarixi varislik ənənəsinə uyğun olaraq
Prezidentin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun
yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.
İsmayıl
Salmanov,
YAP
Hacıqabul rayon təşkilatının məsləhətçisi.
Digər xəbərlər



