26 İyun Silahlı Qüvvələr günüdür.

Müstəqil
Azərbaycanda ordu quruculuğunun əsasını dahi şəxsiyyət, xalqımızın Ümummilli
Lideri Heydər Əliyev qoymuşdur. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut
etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmışdı və yalnız Ulu Öndər
Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri
sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlanmışdı. Ümummilli
liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb
yaradılmışdır. Həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın
güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır.
Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa
edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi.
Sonralar
Ulu Öndər deyirdi: “Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə
daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın
gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk
uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan
xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil
Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən
bu məktəbi yaratdım, yaşatdım, böyütdüm”. Ulu Öndərin bu sahəyə qayğısı sayəsində
azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik
məktəblərinə, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə
qəbul edilməsinə nail olundu. Dahi liderin təşəbbüsü ilə o dövrdə hazırlanan hərbi
kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli ordusunun peşəkar komandan heyətini
təşkil etdi. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra milli ordunun
yaradılması qarşıya qoyulan ən vacib məsələlərdən olmuşdur.
Ordu
quruculuğuna yalnız 1993-cü ildə Ümumilli lider Heydər Əliyev yenidən hakimiyyətə
qayıtdıqdan sonra başlanıldı.Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən
biridir. Heydər Əliyevin Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin
xarakterik tərəflərindən biri bu idi ki, o, daxili hərbi-siyasi sabitliyin, vətəndaş
həmrəyliyinin, xalqın birliyinin təmin edilməsinin əhəmiyyətini düzgün qiymətləndirdi
və onların əldə edilməsinə də nail oldu. Elə bir xalq ola bilməz ki, ən azı
onun böyük əksəriyyəti daxili ictimai-siyasi sabitliyin, əmin-amanlığın bərqərar
olmasını istəməsin. Lakin ölkə daxilində bu sabitliyin təmin edilməsi, bununla
da quruculuq işlərinin, o cümlədən ordu quruculuğunun həyata keçirilməsinə zəruri
şərait yaradılması üçün əsaslandırılmış dövlət siyasəti lazımdır. “Ordu
olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə
torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin
torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi
bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan
xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli
fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi
qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır.Bu, bizim müqəddəs vəzifəmizdir,
hər bir kəsin şərəfli vəzifəsidir” deyən Ümummilli lider Heydər Əliyevin
respublikada daxili hərbi-siyasi sabitliyin təmin edilməsi sahəsindəki fəaliyyəti
bu zərurətin əyani təzahürü idi.
Ümummilli
lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir ordu quruculuğu siyasəti
bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daxili siyasəti Azərbaycanın
dinamik iqtisadi inkişafına, xarici siyasəti torpaqlarımızın işğaldan azad
edilməsinə və dünya dövlətlərinin ədaləti dəstəkləməsinə, işğalçının işğalçı
kimi tanınmasına istiqamətləndi və bunu da bacardı. Cəmi 44 gün ərzində Ermənistan
ordusu darmadağın oldu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan
öz gücünü, öz qüdrətini göstərdi. Azərbaycan Ordusunun hazırkı səviyyəsi ordu
quruculuğu sahəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən
müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha
sübut edir. Azərbaycanın Milli Ordusu başda cənab Ali Baş Komandan İlham Əliyev
olmaqla qarşıya qoyulan bütün tapşırıqları icra etməyə qadir olan, düyada
müasir silahlarla təciz olmuş və yüksək döyüş qabliyyətinə malik güclü qalib
Ordularındandır.
Rəşad
İsmayılov,
Yeni
Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının mühasibi.
Digər xəbərlər



