Azərbaycan əsgərinin vətənpərvərlik ruhu.

Azərbaycan
Respublikasının müstəqilliyinin ilk illərində vətənpərvərlik bir qədər başqa
mahiyyət daşıyırdı. O zaman ümummilli liderin zəkası və iradəsi, həmçinin şəxsi
vətənpərvərlk nümunəsi sayəsində vətəndaşları Vətəni və dövləti qorumaq ideyası
ətrafında birləşdirmək lazım idi. Bu, o dövr üçün vətəndaşların fikir müxtəlifliyindən
daha vacib idi. Üstündən qısa bir zaman ötməmiş vətənpərvərlik hissinin yeni
ideya ətrafında tərbiyyə olnması məsələsi zərurətə çevrildi. Bu isə Azərbaycanın
ərazi bütövlüyünün qorunması və dövlətimiz haqqında əsil həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılmasından ibarət idi. Etiraf edilməlidir ki, bu sahədə də
qurulan təbliğat və maarifləndirmə işləri öz müsbət nəticələrini verməkdədir.
Sosioloji sorğular sübut edir ki, bizim üçün ən qiymətli dəyər - müstəqil dövlətimizdir.
Lakin çətinlik törədən məsələ vətənpərvərliyin müxtəlifliyindədir. Vətənpərvərlik
birləşdirə də bilər, ayıra da. O, cəmiyyəti, xalqın mədəniyyətini inkişaf da
etdirə bilər, eyni zamanda, mədəniyyəti qapalı, anklav vəziyyətə sala da bilər.
Artıq fəxarətlə demək olar ki, Azərbaycan vətəndaşları vətənpərvərdirlər. Bunu
Azərbaycan oğulları dəfələrlə öz əməli ilə sübut edib. Maraqlıdır, belə bir məqamda
gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin
tərbiyəsi istiqamətində atılan addımlar, görülən işləri yetərli saymaq olarmı?
Ekspertlərin qənaətincə, Hazırda gənc nəslin milli mənlik şüurunun inkişaf
etdirilməsi və vətənpərvərlik hisslərinin artırılmasında ölkədə fəaliyyət göstərən
gənclər təşkilatlarının rolu danılmazdır.
Əksəriyyət
təşkilatların bu sahədə həyata keçirdiyi layihələr, tədbirlər müsbət nəticələrini
verir. Buna baxmayaraq məsələyə bir az geniş aspektdən yanaşmaq tələb olunur.
Bu aspekt gənclər siyasətinin strateji bölməsidir ki, onun da əsası Ulu Öndər
Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulub. Məhz bundan sonra gənclərlə
bağlı həyata keçirilən bütün islahatların hər birində milli mənlik şüurunun
inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi məsələsi hər zaman
prioritet olub. Hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət
gənclərin milli şüuru və vətənpərvərlik hissinin formalaşmasında əvəzsiz rol
oynayır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondu, Elm Fondu, Bilik Fondunun təsis edilməsi gənclərin vətənpərvərlik
hissinin yüksəlməsi sahəsində geniş imkanlar yaradıb. Bütün yaradılan bu
imkanların qayəsində milli mənlik şüurunun inkişaf etdirilməsi dayanır.
Müstəqil
dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr
düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və
azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər.
Respublikanın əksər gəncləri vətən qarşısında öz vətəndaşlıq borclarını
layiqincə başa düşür, onun qorunmasında və milli dövlətçilik quruculuğunda fəal
iştirak edirlər. Bununla belə, son dövrlərdə bəzi gənclərdə vətənpərvərlik və
milli ləyaqət hisslərinin zəif olması hallarına təsadüf edilir. Vətənin
taleyinin təhlükə altında olduğu, onun bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin
getdiyi bir zamanda xalqın vətəni qorumağa qadir, mərd, sadiq gənclərə böyük
ehtiyacı var. Buna görə də gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin
daha da gücləndirilməsi sahəsində məqsədəuyğun və sistemli iş aparılmalıdır.
Vətənə
məhəbbət hissi gənclərin dövlət dilinə, milli musiqiyə, folklora, mənsub olduğu
dini dəyərlərə, tarixi ənənələrə bağlılığında, ölkə ərazisinin bütövlüyünün
qorunmasına hazır olduğunu əməli işlə sübut etməyində öz təzahürünü tapmalıdır.
Onun fikrincə, Vətənin tərəqqisi naminə çalışmaq üçün gənclərin müəyyən sənətə,
peşəyə sahib olması, dövlət quruculuğunda fəal iştirak etməsi, yüksək peşəkarlığa,
təhsilə və elmə yiyələnməsi, geniş dünyagörüşünə malik olması, əməyi sevməsi və
onunla məşğul olması və təşəbbüskarlığı vacibdir. Vətənin maddi və mənəvi sərvətlərini
qorumaq, iqtisadi qüdrətinin yüksəlməsinə nail olmaq, baş verə biləcək
iğtişaşlara, təxribatlara və təbii fəlakətlərə qarşı həmişə mübarizə
iqtidarında olmaq lazımdı. Hüquqşünasın sözlərinə görə, müstəqilliyini bərpa
etmiş dövlətimizin ideologiyasının, həmçinin azərbaycançılıq və yurdsevərlik
ideyalarının gənclər arasında təbliğ olunmasına böyük ehtiyac var. Azərbaycanımız
üçün əsl vətəndaş yetişdirmək, böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin
və mədəniyyətimizin qarşısında durur. Dövlətçilik, vətəndaşlıq təkcə orta məktəb
dərsliklərində və ya hansısa əyani vasitələrdə əks olunmalı deyil, bütün sahələrdə
təbliğ edilməli, sevgi və ehtiram hədəfinə çevrilməlidir. Bu baxımdan təbliğatın
uğurlu və təsirli olmasında televiziyanın yeri və xidməti əvəzolunmazdır.
Televiziya ilk növbədə mənəvi tərbiyə ocağı kimi, bədii vasitələrlə, sənətkarlıqla,
xüsusi incəliklə bu müqəddəs amalları aşılamalı və sevdirməlidir. Həyat gerçəkliyinin
bədii inikası elə bir səviyyədə olmalıdır ki, gənc təkcə təbliğatın deyil, həmçinin
estetik cəhətdən zəngin, yüksək istedadlı sənətkarlıqla tanış olsun. Bu cəhət
televiziya sənətçilərinin məsuliyyətini birə-iki artırır, onların qarşısında
yeni vəzifələr qoyur. Hər bir sənətkar, ziyalı özünün cəmiyyətdə daşıdığı
funksiyasını düzgün qiymətləndirməli və bu məsuliyyəti şərəflə icra etməlidir.
Mütəxəssislərin
fikrincə, son vaxtlar orduya göstərilən qaylı, Ali baş komandan, cənab
prezidentin Silahlı Qüvvələrlə bağlı verdiyi sərəncam və fərmanlar, əsgər və
zabitlərimizə göstərdiyi diqqət gənclərdə vətənpərvərlik hisslərinin artmasına
son dərəcə müsbət təsir göstərir. Əslində Ali Baş Komandan, cənab prezident
İlham Əliyevin orduya ayırdığı diqqət dünya tərəfindən qibtə və qısqanclıqla qəbul
edilir. Çünki ordumuz qidasından, yaşayış şəraitindən tutmuş ailə-məişət şəraitinə
qədər tam təmin olunmuşdur. Bu da təbii ki, milli mənlik şüurunun inkişaf
etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsinə öz töhfəsini verməkdədir.
Bu gün Azərbaycan ordusunun bir problemi var ki, o da Qarabağın işğal altında
olmasıdır. Əminliklə qeyd etmək yerinə düşət ki, sülh danışıqları nəticə verməyəcəyi
təqdirdə Azərbaycan Silahlı Qüvvələri işğal altında olan torpaqlarımızı azad edəcək
və o gün uzaqda deyil. Artıq ordunun bu istiqamətdə hazırlığı istiqamətində
ciddi işlər aparılır. Təsadüfi deyil ki, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi
işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması; gənclər arasında
hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin
profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi, istedadlı gənclərin
aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şəraitin
yaradılması kimi məsələlər gənclərlə bağlı qəbul edilmiş dövlət proqramlarında əksini
tapıb. Ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər
üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması, gənclərin
beynəlxalq əməkdaşlığı sahəsində layihələrin həyata keçirilməsinə, gənclər təşkilatlarının
beynəlxalq əlaqələrinin qurulmasına, onların nümayəndələrinin beynəlxalq tədbirlərdə
iştirakına köməklik göstərilməsi əsas prioritetlərdən hesab edilir.
Arzu
Abdullayeva
YAP
fəalı, Hacıqabul rayon Mərkəzi Kitabxanasının əməkdaşı.
Digər xəbərlər



