Güclü və müasir hərbi sənaye kompleksi.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda
güclü və müasir hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi
təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın
hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri
silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb.
Bu
gün uğurları ilə fəxr etdiyimiz Azərbaycanın müdafiə sənayesinin ilk intibah
dövrü, onun etibarlı təməllərinin yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Heydər Əliyevin hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə
respublika iqtisadiyyatının digər sahələri ilə yanaşı, müdafiə sənayesinin
yaradılması və inkişaf etdirilməsi sahəsində də mühüm işlər görülmüşdü. Hər bir
sahədə respublikamızın gələcəyini düşünən Heydər Əliyev Azərbaycanda yeni sənaye
müəssisələrinin, o cümlədən hazırda ölkəmizin müdafiə sənayesinin əsasını təşkil
edən müəssisələrin yaradılması məsələsini hər zaman diqqət mərkəzində saxlamış,
bu barədə müxtəlif vaxtlarda SSRİ rəhbərliyi qarşısında məsələ qaldırmış və istəyinə
nail olmuşdu.
Ulu
Öndər Heydər Əliyevin təklifləri və gərgin zəhməti sayəsində Azərbaycanda Radio
Maşınqayırma zavodu ("Robot" zavodu), Tərtərdə Lionozov
Elektromexanika zavodunun filialı, Xaçmazda, Siyəzəndə və Lənkəranda
"Kondesator" zavodları yaradılmışdı. Habelə Heydər Əliyevin təşəbbüsləri
ilə Bakı "Mikrosxematexnika" Xüsusi Konstruktor Bürosunun bazasında
"Azon" zavodu, Elektron Hesablama Maşınları zavodu qısa müddət ərzində
tikilib istismara verildi. Xalqımızın dahi övladı Azərbaycanda hərbi sənaye
kompleksinin və ağır maşınqayırma sənayesinin inkişafına təkan verəcək
"Ulduz" Elmi-İstehsalat Birliyi, Əli Bayramlı "Araz" zavodu,
"Rabitə" Elmi-Tədqiqat İnstitutu kimi yeni müəssisə və zavodların
tikilib istismara verilməsinə də nail olmuşdu. Azon Optika-Mexanika
("Alov") zavodunun filialının, gəmiqayırma sənayesi üzrə Bakı Elektro
Mexaniki İnstitutunda yeni istehsal sahələrinin, sonradan onun bazasında
"Nord" Elmi-İstehsalat Birliyinin yaradılması, aviasiya sənayesi üzrə
istehsal sahələrinin genişləndirilməsi də məhz Heydər Əliyevin təşəbbüslərinin
nəticəsi idi və bütün bunlar müdafiə sənayesinin inkişafına təkan vermişdir.
1978-ci ildə "Kaspi" Elmi Mərkəzinin bazasında Təbii Ehtiyatların
Kosmik Tədqiqi İnstitutunun yaradılması, 1982-ci ildə isə Təbii Ehtiyatların
Kosmik Tədqiqi İnstitutu təcrübi istehsalat sahəsinin və poliqonunun əsasında
Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyinin təşkil edilməsi keçmiş SSRİ
dövründə ölkəmizdə kosmik tədqiqatlar sahəsində fəaliyyəti açıqlanan ilk müəssisələr
idi.
Bütövlükdə
1970-1982-ci illərdə respublika ərazisində müdafiə təyinatlı elmi və istehsal
müəssisələri də daxil olmaqla çoxlu sayda zavod, fabrik, istehsalat sexləri
istifadəyə verilmişdi. O dövrdə Azərbaycanda istehsal edilən sənaye məhsulları
dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bütün bunlar bir daha göstərir ki, Heydər
Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə müdafiə sənayesində möhkəm təməlləri
qoyulmuşdu.Bu gün Azərbaycanın inkişafı, ölkəmizin dünya birliyində öz yerini
daha da möhkəmləndirməsi məhz Heydər Əliyev ideyalarının yaşamasının, Ümummilli
Liderin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Hər bir
uğurumuz göstərir ki, Ümummilli Liderimizin siyasi kursu, milli inkişaf
konsepsiyası layiqincə davam etdirilir.
Xatırladaq
ki, respublikamızın müdafiəsini təmin edən ordunun maddi-texniki bazasının gücləndirilməsi
məqsədilə 2003-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən "Azərbaycan
Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına
dair Dövlət Proqramı" təsdiq edilib. Bu proqramda hərbi sahədə kənardan
asılılığın azaldılması və Silahlı Qüvvələrimizin yeni məhsullarla təminatı nəzərdə
tutulurdu. Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli sərəncamına əsasən,
Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilib və onun bazasında
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradılıb.
Azərbaycan
Prezidentinin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Müdafiə Sənayesi
Nazirliyinin yaradılmasından sonra respublikamızda bu sahənin inkişafı tamamilə
yeni mərhələyə qədəm qoyub. Yaradıldığı vaxtdan etibarən Müdafiə Sənayesi
Nazirliyi qəbul edilmiş strateji proqram və planlar üzrə Silahlı Qüvvələrin
imkan və qabiliyyətinin qarşıda duran mühüm vəzifələrə uyğun inkişaf etdirilməsi,
habelə əməliyyatların yeni üsul və formalarla aparılması üçün zəruri silah, hərbi
və xüsusi texnika növlərinin tətbiqinə, onların yerli istehsalına və təminatına
tam və fasiləsiz səfərbər olunub. Nazirliyin "İqlim" Elmi İstehsalat,
"Telemexanika", "Peyk", "Azon", "Alov",
Elektron Hesablayıcı Maşınlar və "Radioquraşdırma" ,
"Dalğa", "Araz" , "Avia-Aqreqat, "Sənayecihaz"
kimi müəssisə və zavodlarında Silahlı Qüvvələrimizin müasir tələblərə cavab verən
müdafiə təyinatlı məmulatlarla, eləcə də xalq təsərrüfatını maşınqayırma,
cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və
ehtiyat hissələri ilə təmin etmək üçün onlarca yeni istehsalat sahələri
yaradılıb
Həyata
keçirilən tədbirlərin nəticəsi kimi, ilk növbədə, Azərbaycan Silahlı Qüvvələrinin
atıcı silahlara olan tələbatı nəzərə alınaraq, piyada və tank əleyhinə
minaların, qumbaraatanların, minaatanların, müxtəlif çaplı tapança, avtomat,
pulemyot, snayper tüfəngləri və patronların istehsalı mənimsənilmiş və seriyalı
tədarükünə başlanılmışdır. Məsələn, "Zəfər", "Zəfər-K",
"İnam" tapançaları, PKT, PKM, pulemyotları, "Mübariz",
"İstiqlal", "Yalquzaq", "Yırtıcı" snayper tüfəngləri,
"Boran" artilleriya qurğusu, "Qaya" tank əleyhinə əl
qumbaraatanları, "Komando" tipli "Aşırım" minaatanları,
"Matador" və "Marauder" zirehli hərbi texnikaları keyfiyyət
göstəricilərinə görə, dünya müdafiə sənayesi sektorunda ən qabaqcıl silah və
texnikalardan hesab olunur.
İsmayıl İbrahimov,
Yeni Azərbaycan Partiyası Hacıqabul
rayon təşkilatının sədri.
Digər xəbərlər



