Prezident İlham Əliyevin enerji strategiyasında növbəti uğur: “8 Noyabr” stansiyası.

Dövlət
başçısı İlham Əliyev çıxışlarında bu reallığı xüsusi qeyd edir ki, bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını
təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını
və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız
tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu, onunla bağlıdır ki, nəhəng
potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə
ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq.
Ölkəmizin
ümumi iqtisadi artımdan danışarkən,
enerji təhlükəsizliyi məsələsi öndə dayanır. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini
100 faiz təmin edir. Həmçinin bir çox digər ölkələrin, o cümlədən Avropa
İttifaqına üzv dövlətlərin enerji təhlükəsizliyini təmin edir. Cənab İlham
Əliyev hədəfləri açıqlayarkən bildirir ki, qazın, elektrik enerjisinin və
neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq prioritetdir.
Enerji
təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir.Avropanın
enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan tərəfdaşları ilə birgə
iştirak edir. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına
diqqət yetirsək gündəmə gətirdiyi hər bir layihəni uğurlu sonluqla başa
çatdırdığını və Avropanın eneji təlükəsizliyinə davamlı töhfələr verdiyini görərik.
Əməkdaşlığın coğrafiyasının genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş kimi
artan mövqeyinin, rolunun təqdimatıdır. Ümumilikdə son illərdə enerji layihələrinin
coğrafiyasının genişləndirilməsi, şaxələndirmə siyasətinin iştirakçı dövlətlərin
maraqları baxımından bir daha nəzərdən keçirilməsi, alternativ variantların
gündəmə gətirilərək siyasi və iqtisadi əhəmiyyətinin beynəlxalq müzakirəyə
çıxarılması bölgədə və dünya birliyində sabitliyin və əmin-amanlığın möhkəmlənməsinə
geniş imkanlar açır. Dövlət başçısı İlham Əliyev Azərbaycanın enerji təhdükəsizliyində
yeni səhifə kimi dəyərləndirilən « 8 Noyabr» Elektrik Stansiyasının açılışı mərasimindəki
çıxışında diqqəti bu məqamlara yönəldərək bildirdi ki, Azərbaycan Avropanın
enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki,
Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və
Pan-Avropa qaz təchizatçısı adlandırır. Çünki bu gün Azərbaycan qazı 12 ölkəyə
qaz kəmərləri vasitəsilə ixrac edilir. Onlardan 10-u Avropa ölkəsidir və məhz
bu göstəriciyə görə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu
gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkə Azərbaycan
qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir: «Biz həm təbii
qaz, həm xam neft, neft və neft-kimya məhsulları, müəyyən həcmdə elektrik
enerjisini ixrac edirik. Ancaq qeyd etdiyim layihələr istismara veriləndən
sonra biz müxtəlif elektrik kabelləri vasitəsilə yaşıl enerjini də ixrac edəcəyik.
Beləliklə, ölkəmizin iqtisadi gücü, geosiyasi önəmi daha da artacaq, - halbuki
bu gün də kifayət qədər yüksək səviyyədədir, - və Azərbaycan bu bölgədə
sabitlik, inkişaf, tərəqqi məkanı kimi öz rolunu daha da gücləndirəcəkdir.»
Dövlət
başçısı İlham Əliyev çıxışında bu mühüm məqamı da xüsusi qeyd etdi ki, Mingəçevir
1970-ci illərdə Azərbaycan energetika sektorunun mərkəzi rolunu oynamışdır. Ulu
Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə Mingəçevirdə
“Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulmuşdur və Ulu Öndərin
iştirakı ilə stansiyanın birinci bloku 1981-ci ildə istismara verilmişdir. Ondan
sonra digər bloklar da istismara verilərək artıq o zaman hələ sovet dövründə bu
stansiya Qafqazın önəmli energetika mərkəzlərindən birinə çevrilmişdir. Təbii
olaraq müstəqilliyin ilk illərində bizdə enerji qıtlığı yaranmışdır. Çünki
energetika sistemimiz lazım olan həcmdə elektrik enerjisini istehsal edə
bilmirdi. Həm yanacaq nöqteyi-nəzərindən çətinliklər var idi, həm də enerji
sistemimiz tam köhnəlmişdi. Yalnız Ulu Öndərin təşəbbüsü ilə yaradılmış Mingəçevir
stansiyası hesabına müəyyən dərəcədə fasilələrlə olsa belə, insanlara və müəssisələrə
elektrik enerjisi verilirdi. Mingəçevirin tarixi energetika mərkəzi kimi zəngindir
və burada formalaşmış güclü kadr potensialı,
bu gün də bizə əldə edilmiş uğurlara nail olmaq üçün imkan yaradır.
Azərbaycan
enerji siyasətində yeni mərhələyə qədəm qoyur. Bərpaolunan enerji layihələri ilə
yanaşı, “8 Noyabr” kimi müasir və səmərəli stansiyalar enerji təhlükəsizliyinin
möhkəmləndirilməsinə, enerji ixrac imkanlarının genişləndirilməsinə, ətraf
mühitin mühafizəsinə və regionda iqtisadi əməkdaşlığın güclənməsinə xidmət
edir. Bu mühüm layihə Azərbaycanın enerji tarixində qızıl hərflərlə yazılaraq,
ölkənin qüdrətini və dövlətçilik iradəsini bir daha təsdiqləyir. Azərbaycanın
yaşıl enerji konsepsiyası və dayanıqlı enerji siyasəti belə kompleks yanaşmalar
sayəsində gələcəkdə də regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol
oynamağa davam edəcək. Bu gün ölkəmizin enerji siyasəti təkcə iqtisadi inkişaf
deyil, həm də qlobal enerji keçidinə və regional sabitliyə töhfə verən strateji
model kimi nümunə göstərilir. Təbii ki, bu uğurlarımızın təməlində düşünülmüş və
gələcəyə hesablanmış enerji siyasətimizin nəticəsidir. Azərbaycanın bərpaolunan
enerji sektorunda əldə etdiyi nailiyyətlərin əsasında güclü dövlət dəstəyi və
çevik iqtisadi-siyasi strategiya dayanır.
Bayram
Xudayarov
Elm
və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, “Heydər Əliyev məktəbinin
davamçıları” Facebook qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü
Digər xəbərlər



