Azərbaycanın energetika sistemi yüksəliş yolunda.

Əsası
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və müasir mərhələdə Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf
strategiyası nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə
səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin
etmişdir. Paytaxt və regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən
qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft
sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün görülən kompleks tədbirlər
bugünkü uğurlarmızı şərtləndirmişdir. Bütün sahələrdə olduğu kimi, ölkəmizin
energetika sistemi də ötən müddətdə təsdiq olunmuş dövlət proqramları çərçivəsində
həyata keçirilən tədbirlər nəticəsində daha da inkişaf etdirilərək dünya
standartlarına uyğun səviyyədə yenidən qurulmaqdadır.
Bu
sahənin inkişaf etdirilməsində ölkənin enerji sisteminin 10 illik dövr üçün
inkişaf istiqamətlərini müəyyən edən "Azərbaycan Respublikasının
yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət
Proqramı" strateji bir sənəddir. Məhz həmin proqram çərçivəsində həyata
keçirilən tədbirlər respublikanın yanacaq-enerji kompleksinin bütünlüklə, o
cümlədən Bakı şəhəri üzrə elektrikpaylayıcı şəbəkənin dinamik inkişafının əsasını
qoymuşdur.
İstehlakçıları
fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etməyi qarşısına məqsəd
qoyan "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyəti elektrik enerjisinin təchizatı
sahəsində ixtisaslaşmış, zəngin təcrübəyə malik müəssisə olmaqla uzun bir
tarixi inkişaf yolu keçmişdir. Təəssüf hissi ilə qeyd olunmalıdır ki, müstəqilliyin
əldə olunduğu ilk illərdə, o cümlədən şəbəkənin xarici sərmayədarın idarəçiliyinə
verildiyi dövrlərdə paytaxtın paylayıcı şəbəkəsinin maddi-texniki bazasının
yeniləşməsinə, şəbəkə infrastrukturunun yenidən qurulmasına və genişləndirilməsinə
əsaslı vəsait qoyuluşlarının yatırılmaması Bakı şəhərinin elektrik şəbəkələrini
ağır duruma gətirib çıxarmışdı.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev yaranmış vəziyyəti nəzərə alaraq
şəbəkənin fəaliyyətini sağlamlaşdırmaq, istehlakçıların elektrik enerjisi ilə təminatını
yaxşılaşdırmaq və enerji haqlarının yığımında mövcud olan ağır vəziyyəti aradan
qaldırmaq məqsədilə "Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyətinin yenidən
bərpa edilməsinə dair 10 avqust 2006-cı il tarixli sərəncam imzalamışdı.
Xatırladaq
ki, Prezident İlham Əliyev respublikamıza rəhbərlik etdiyi ötən müddətdə bu sahədə
genişmiqyaslı layihələr gerçəkləşdirilib, yenidənqurma, tikinti işləri geniş
vüsət alıb. Ölkə rəhbərinin tapşırığı ilə hazırlanan Reabilitasiya Proqramı çərçivəsində
energetika sistemi əsaslı şəkildə modernləşdirilib, “itirilmiş” generasiya
gücləri bərpa edilib. Dövlətimizin başçısının 25 oktyabr 2022-ci il tarixli “Azərbaycan
Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə
tədbirlərin həyata keçirilməsi haqqında” sərəncamı da ölkənin elektrik
enerjisi ilə fasiləsiz təminatını daha da gücləndirmək, təhlükəsizliyin
maksimal səviyyədə əldə olunmasını şərtləndirmək baxımından mühüm önəm daşıyır.
Bu
sənəddə respublikamızın enerji dayanıqlığının təmin olunması, əlavə generasiya
güclərinin yaradılması, enerji tələbatının qarşılanması, ixrac imkanlarının
artırılması, ətraf mühitin qorunması, elektrik enerjisinin istehsalında təbii
qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin
qarşısının alınması və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə
malik olduğu bir daha diqqətə çatdırılıb.
Bütün
bunlar isə Azərbaycanın energetika sisteminin inkişafında yeni bir mərhələnin
başlandığını göstərir. Bu mərhələdə əsas diqqət ölkəmizin energetika sisteminin
gələcək fəaliyyətinə yönəldilir. Eyni zamanda, bu gün istifadəyə verilən
energetika obyektləri Azərbaycanın enerji potensialını böyük dərəcədə gücləndirir.
Sərxan Şəfizadə,
YAP
fəalı, Hacıqabul rayon Sabir Gülmalıyev adına l Udullu kənd tam orta ümumtəhsil
məktəbinin tarix müəllimi
Digər xəbərlər



