4 oktyabr ilk azad edilən şəhər Cəbrayılın azadlığının təntənə günüdür.

Müzəffər
Ali Baş Komandanımızın rəhbərliyi ilə qüdrətli Orudumuzun Vətən müharibəsindəki
qələbəsi bizə tarixi Zəfər yaşatmaqla yanaşı, hər zaman qürur və fərəh hissi ilə
qeyd edəcəyimiz yeni tarixlər də qazandırdı. Artıq xalqımız doğma torpaqlarımızın işğal günlərini hüzün
ilə yad etmək əvəzinə, bu cənnət guşələrin
işğaldan azad olunduğu şanlı tarixləri böyük fəxrlə qeyd edir, təhsil ocaqlarında şagirdlərə bu əlamətdar
tarixlər öyrədilir. Cənab Prezident İlham Əliyevin tarixi qələbəni və şanlı tarixləri əbədiləşdirmək
məqsədi ilə 2023 – cü ilin ilin 31 iyul
tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə
imzaladığı Sərəncam bu istiqamətdə görülən işlərin təməl daşı oldu. Belə şanlı
tarixlərdə biri də 4 oktyabr – Cəbrayıl rayonunun Ermənistanın işğalından azad
olunduğu gündür.
Kiçik
Qafqaz dağlarının cənub – şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşən,
ümumi sahəsi 1050 kvadrat kilometr olan Cəbrayıl 1 şəhər, 4 qəsəbə və 92 kənddən
ibarətdir. Rayonun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti
materialları ilə zəngindir.
23
avqust 1993-cü ildə Ermənistan separatçı
qüvvələrinin işğalı altına düşən Cəbrayıl rayonuna 13.928 milyard ABŞ dolları məbləğində
iqtisadi və infrastruktural zərər dəymiş,
72 məktəb, 8 xəstəxana və 132 tarixi abidə dağıdılmışdır. I Qarabağ
müharibəsi zamanı Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olmuş, 6
nəfər rayon sakini isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Tarixi
abidələrin dağıdılması və əhalinin köçkün düşməsi ilə yanaşı, erməni
işğalçıları tərəfindən törədilən vandalizm aktları Cəbrayılın mədəni və tarixi
irsinə də ciddi şəkildə zərər vurmuşdur.
Xüsusilə , Dağtumas kəndi yaxınlığında yerləşən “Divlar Sarayı” mağarası,
Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri
dağındakı Mazannənə, Mərmər nənə məqbərələri, Doğtumas kəndindəki “Başıkəsik
Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri,
Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid
hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli
türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri
tamamilə məhv edilmişdir. Bölgədəki məscidlər və hamamlar da dağıdılaraq, erməni
vandalizminin qurbanı olmuşdur. Bu hərəkətləri ilə ermənilər Cəbrayılın tarixi
irsinə zərər verməklə yanaşı, bölgənin azərbaycanlı kimliyini silmək məqsədi
daşıyırdılar.
2020-ci
ilin noyabr ayının 26 –da Prezident İlham Əliyevin Sərəncamı ilə "Cəbrayılın
azad olunmasına görə" medalı təsis edildi və bu medal Cəbrayılın azad edilməsində xüsusi igidlik və
şücaət göstərən Azərbaycan Silahlı Qüvvələrinin
20 mindən çox hərbi qulluqçusuna təqdim edildi. Bu, Azərbaycan xalqının
öz qəhrəmanlarına və torpaqlarını azad edən igidlərə verdiyi yüksək dəyərin
ifadəsi idi.
Müzəffər
Ali Baş Komandan İlham Əliyev tərəfindən Cəbrayıl rayonu ərazisində yerləşən
Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması işğalın sona çatmasının
bir daha təntənəli şəkildə qeyd olunması demək idi. Qədim tarixə malik olan
Xudafərin körpüsü, eyni zamanda Azərbaycanın müstəqillik və ərazi bütövlüyünün
simvoluna çevrildi.
Azad
edilmiş bütün ərazilərdə, eləcə də Cəbrayıl şəhərində inzibati və ictimai
binalar, məktəblər, tibb ocaqları yaradılır, tam yeni infrastruktur qurulur.
Küçələr, parklar, xiyabanlar salınır, qələbə abidələri ucaldılır.
Prezident
İlham Əliyevin ötən 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən,
işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Zəfər yolunun
başlanğıcı, ilk azad edilən şəhər kimi oktyabrın 4-ü Cəbrayılın azadlığının təntənə
günüdür. Cəbrayıllılar və bütün Azərbaycan xalqı bu günü böyük təmtəraqla qeyd
edirlər.
Sevindirici
haldır ki, artıq azad Cəbrayıla keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə
Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə
respublikanın müxəlif ərazilərindəki yataqxana, sanatoriya, pioner düşərgəsi,
yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış Cəbrayıllıların
qayıdışı davam edir.
Bayram
Xudayarov,
Elm
və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, “Heydər Əliyev məktəbinin
davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü.
Digər xəbərlər



