Şamaxıda püskürən vulkan aktivliyini tam dayandırıb.

2019-05-29 Baxış: 670
img

29.05.2019

"Məlikçobanlı palçıq vulkanında monitorinqlər və ölçmə işləri başa çatıb".

ONA-nın xəbərinə görə, bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov bildirib.

O bildirib ki, 27 may 2019-cu il tarixində Şamaxı şəhərinin 12 km cənub qərbində püskürən Məlikçobanlı palçıq vulkanında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən monitorinq və müvafiq ölçmə işləri aparılıb: “Monitorinqlərin nəticələrinə görə, vulkandan çıxan püskürmə məhsulları (brekçiya) 0,5 hektara qədər əraziyə yayılıb. Vulkanın krateri püskürmə məhsulları ilə örtülüb, 150 metr uzunluğunda radial çatlar əmələ gəlib. Püskürmə məhsullarının qalınlığı vulkanın mərkəzində 1 metrə yaxın, kənarlarda isə 0,2 metr təşkil edib. Hazırda vulkan aktivliyini tam dayandırıb”.

Ş. Səfərov bildirib ki, sözügedən vulkan 1810-cu ildə qeydə alınıb və bu günədək 4 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 1977-ci ildə baş verib.