Azərbaycan MDB ilə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinə böyük önəm verir

Azərbaycan
dövləti bu gün də beynəlxalq təşkilatlar və regional ittifaqlarla əməkdaşlıqda
maraqlıdır və Prezident İlham Əliyevin xarici siyasətində bu xətt prioritet məsələdir.
Məhz bu mənada ölkəmiz öz milli maraqları çərçivəsində Müstəqil Dövlətlər
Birliyi ilə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinə mühüm əhəmiyyət
verir.
Bu
mənada, Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun
dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək məqsədilə Düşənbəyə
səfəri və keçirdiyi bir sıra yüksək səviyyəli görüşlər səmərəli nəticələrlə
yadda qaldı. Xüsusilə regional əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı
maraqların müzakirəsi baxımından bu səfər Azərbaycan-Tacikistan, eləcə də MDB
ölkələri arasında münasibətlərin inkişafı üçün mühüm addım oldu.
Düşənbə
səfərinin önəmli məqamlarından biri Azərbaycan Prezident İlham Əliyevlə
Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüş oldu. Hər
iki liderin ölkələrarası münasibətlərə dair qarşılıqlı müzakirələr
aparması Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcı oldu.
Xüsusilə
ötən ilin dekabrın 25-də AZAL-a məxsus təyyarənin Rusiya ərazisində qəzaya
uğramasına dair Rusiya Prezidentinin təqdim etdiyi izahat, kompensasiya və
hüquqi qiymətləndirməyə dair ifadə olunan sözləri Moskvanın Bakı ilə
münasibətləri həssaslıqla qorumağa çalışdığını bir daha təsdiq etdi.
Bütün
bunlarla bərabər, Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının
məhdud tərkibdə keçirilən iclasında etdiyi çıxış da xüsusi əhəmiyyət kəsb
daşıyır. Ölkəmizin başçısı çıxışında Azərbaycanla Tacikistan arasındakı
strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinin regionun geosiyasi sabitliyinə
və əməkdaşlıq potensialına mühüm töhfə verdiyini qeyd etdi. Azərbaycan lideri
humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsinin regional inteqrasiya
prosesində vacib amil olduğunu vurğulayaraq Laçın şəhərinin MDB-nin mədəniyyət
paytaxtı seçilməsini uzun illər davam edən işğaldan sonra azad olunmuş ərazilərdə
dövlət quruculuğu və dirçəliş strategiyasının beynəlxalq səviyyədə tanınması
kimi dəyərləndirir. Prezident həmçinin III MDB Oyunlarının Gəncə və digər şəhərlərdə
keçirilməsini MDB ölkələri arasında qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlığın
möhkəmləndirilməsi, eləcə də Azərbaycanın regional nüfuzunun və təsir dairəsinin
genişləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirdi.
Dövlətimizin
başçısının Tacikistan səfəri olduqca önəmli siyasi və strateji əhəmiyyət
daşıdı. Prezident İlham Əliyevin Düşənbədəki çıxışı və görüşləri Azərbaycanın
regional əməkdaşlıqda fəal rolunu bir daha dünyaya nümayiş etdirdi. Sözügedən səfər
MDB məkanında Azərbaycanın mövqeyinin güclənməsi baxımından mühüm siyasi addım
kimi tarixə düşdü.
İsmayıl
İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri.
Digər xəbərlər



