Azərbaycanın beynəlxalq nüfuzu və geosiyasi təsir imkanları artır

2025-ci
il oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən Müstəqil Dövlətlər
Birliyi (MDB) Dövlət Başçıları Şurasının məhdud tərkibli iclası regional əməkdaşlığın
gələcək istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisə
kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iclasda
səsləndirdiyi fikirlər təkcə MDB məkanında deyil, həm də daha geniş Avrasiya məkanında
baş verən geosiyasi proseslərin dərin təhlilinə əsaslanırdı. Dövlət başçımızın
çıxışı regional təhlükəsizlik, iqtisadi inteqrasiya,nəqliyyat-kommunikasiya əlaqələrinin
genişləndirilməsi və sülh gündəliyinin reallaşdırılması kimi prioritet məsələlərə
strateji yanaşmanın nümunəsi oldu. 2025-ci il oktyabrın 10-da Düşənbədə keçirilən
MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Prezident İlham Əliyevin
çıxışı təkcə regional əməkdaşlıq istiqamətlərini deyil, həm də Azərbaycanın
çoxtərəfli diplomatiyasının strateji dərinliyini nümayiş etdirdi. Dövlət
başçımızın Tacikistan xalqına və Prezidentinə ünvanladığı təbrik sözləri ölkələrimiz
arasında qardaşlıq və dostluq münasibətlərinin səmimiliyini bir daha təsdiqlədi.
Dövlət başçımız Düşənbənin son illərdə sürətlə inkişaf etməsini, şəhərsalma və
infrastruktur sahəsində əldə olunan nailiyyətləri xüsusi vurğulayaraq
Tacikistanın iqtisadi-sosial dirçəlişini yüksək qiymətləndirdi. Bu yanaşma, Azərbaycan
Respublikası Prezidentinin regiondakı tərəfdaş ölkələrin müstəqil inkişafını dəstəkləyən,
qarşılıqlı hörmətə və bərabərliyə əsaslanan siyasətinin göstəricisidir. Azərbaycan
və Tacikistanın münasibətləri yalnız diplomatik əlaqələrlə məhdudlaşmır, eyni
tarixi, mədəni və mənəvi dəyərlər dövlətlərimizi birləşdirir. Bu baxımdan, Cənab
Prezidentin çıxışı MDB məkanında dostluq və əməkdaşlıq ruhunun qorunub
saxlanması və gücləndirilməsi istiqamətində mühüm siyasi mesaj idi.
Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, Tacikistan-Azərbaycan münasibətləri bu gün
qarşılıqlı etimad və səmərəli əməkdaşlıq üzərində qurulub. Hər iki ölkə beynəlxalq
təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir, iqtisadi, energetika,
humanitar və təhsil sahələrində əlaqələr ardıcıl şəkildə genişlənir. Bu,
regionda siyasi sabitliyin və iqtisadi tərəfdaşlığın möhkəmlənməsi üçün önəmli
amildir.Düşənbədə səsləndirdiyi çıxışla Prezident İlham Əliyev bir daha nümayiş
etdirdi ki, Azərbaycan regional əməkdaşlığın və sülhün möhkəmləndirilməsində
aktiv və prinsipial mövqeyə malikdir. Onun nitqi MDB çərçivəsində həm siyasi
dialoqun, həm də iqtisadi və humanitar əlaqələrin dərinləşməsi üçün aydın
istiqamətlər müəyyənləşdirdi.
Azərbaycanın
bu platformadakı fəallığı, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində,
artıq təkcə milli maraqlara deyil, həm də regional sabitlik və rifaha xidmət
edir. Düşənbə çıxışı, Azərbaycanın MDB məkanında müasir inteqrasiya proseslərinin
aparıcı iştirakçısı və təşəbbüskarı kimi rolunu daha da möhkəmləndirdi.
Bu
çıxış MDB çərçivəsində inteqrasiyanın gələcək inkişafı, üzv dövlətlər arasında
iqtisadi və təhlükəsizlik sahələrində koordinasiyanın gücləndirilməsi
baxımından həm analitik, həm də strateji əhəmiyyət daşıyır. Prezident İlham
Əliyevin Düşənbədə səsləndirdiyi tezislər Azərbaycanın regional siyasətinin əsas
vektorlarını bir daha nümayiş etdirərək, ölkəmizin praqmatik və konstruktiv
diplomatiyasının bariz göstəricisinə çevrildi.
Bəxtiyar Ələkbərov,
YAP Hacıqabul rayon təşkilatının ərazi
partiya təşkilat (ƏPT) sədri.
Digər xəbərlər



