Laçın – MDB-nin mədəniyyət paytaxtı

Prezident
İlham Əliyevin Düşənbə səfəri: strateji əməkdaşlığın və regional inteqrasiyanın
yenib mərhələsi.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il oktyabrın 9-da
Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Düşənbəyə səfəri mühüm
siyasi, iqtisadi və humanitar əhəmiyyət kəsb edir. Bu səfər Müstəqil Dövlətlər
Birliyinin (MDB) Dövlət Başçıları Şurasının iclası çərçivəsində həm ikitərəfli,
həm də çoxtərəfli əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi
baxımından əlamətdar hadisə oldu.
Prezident
İlham Əliyev Düşənbədəki “Millət” sarayında keçirilən MDB Dövlət Başçıları
Şurasının iclasında iştirak etdi. Tacikistan Prezidenti Emoməli Rəhmon dövlətimizin
başçısını səmimi qarşılayaraq onu rəsmi mərasimlə qarşıladı. Görüş zamanı iki
ölkə arasında siyasi dialoqun, iqtisadi və humanitar əməkdaşlığın dinamik
inkişafı xüsusi vurğulandı.
Düşənbədə
Azərbaycan Prezidenti İlham Əliyevlə Tacikistan Prezidenti Emoməli Rəhmon
arasında baş tutan təkbətək görüşdə qarşılıqlı münasibətlərin strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlməsindən məmnunluq ifadə olundu. Prezidentlər həm ikitərəfli əlaqələrin,
həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi
imkanlarını müzakirə etdilər.
MDB
Dövlət Başçıları Şurasının iclasının regional təhlükəsizlik, iqtisadi
inteqrasiya, humanitar əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafı baxımından
mühüm platforma olduğu diqqətə çatdırıldı.
Prezident
İlham Əliyevin səfəri həm də Azərbaycanın regionda artan iqtisadi və nəqliyyat
rolunu bir daha nümayiş etdirdi. Vətən müharibəsindən sonra ölkəmizin nəqliyyat-logistika
imkanları əhəmiyyətli dərəcədə genişlənib, Zəngəzur dəhlizi ideyası isə artıq
qlobal səviyyədə strateji layihəyə çevrilib.
Zəngəzur
dəhlizinin reallaşması ilə Azərbaycan Şərqlə Qərb arasında əsas tranzit mərkəzə
çevrilməkdədir. Bu dəhliz həm Orta Dəhliz, həm də Şimal–Cənub nəqliyyat
marşrutları üçün mühüm arteriya rolunu oynayacaq. Prezident İlham Əliyevin Qəbələ
Zirvə Görüşündə də qeyd etdiyi kimi, Zəngəzur dəhlizi regionda yeni nəqliyyat xəritəsinin
formalaşmasında həlledici əhəmiyyətə malikdir.
Bu
gün Mərkəzi Asiya ölkələri, o cümlədən Qazaxıstan və Özbəkistanla Azərbaycanın əməkdaşlığı
məhz bu dəhliz üzərindən yeni strateji məzmun kəsb edir. Azərbaycanın nəqliyyat-logistika
infrastrukturu həm regional, həm də beynəlxalq ticarətin inkişafına böyük töhfə
verir, Avropa ilə Asiya arasında ən qısa və təhlükəsiz yol kimi tanınır.
Laçın
– MDB-nin mədəniyyət paytaxtı
MDB
Humanitar Əməkdaşlıq Şurasının 2024-cü il 8 oktyabr tarixli qərarı ilə Azərbaycanın
Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə “MDB-nin mədəniyyət
paytaxtı” elan olunması xüsusi simvolik və siyasi məna daşıyır. Bu qərar Azərbaycanın
işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və dirçəliş proseslərinə
beynəlxalq dəstəyin bariz göstəricisidir.
Laçının
“MDB-nin mədəniyyət paytaxtı” seçilməsi həm də Şərqi Zəngəzurun sosial-mədəni və
iqtisadi dirçəlişinə yeni nəfəs verəcək, Azərbaycanın mədəni irsinin dünyada təbliği
üçün əlavə imkanlar yaradacaq.
Oktyabrın
10-da Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə
iclasında Prezident İlham Əliyev də iştirak etdi. Tədbirdə Tacikistan
Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, MDB
Baş katibi Sergey Lebedev və digər nümayəndələr çıxış etdilər. İclasda bir sıra
mühüm sənədlər imzalandı, humanitar əməkdaşlığın dərinləşdirilməsinə dair qərarlar
qəbul edildi.
Tədbirin
sonunda Tacikistan Prezidenti Emoməli Rəhmona “Humanitar əməkdaşlığın
inkişafında xidmətlərə görə” medalı təqdim olundu. Bu, MDB məkanında humanitar
və mədəni inteqrasiyanın daha da gücləndirilməsinə verilən əhəmiyyətin təzahürüdür.
Prezident
İlham Əliyevin Düşənbə səfəri Azərbaycan diplomatiyasının uğurlu və çoxşaxəli
xarakterini bir daha nümayiş etdirdi. Bu səfər təkcə Azərbaycan–Tacikistan əlaqələrinin
deyil, bütövlükdə MDB məkanında əməkdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm
qoyduğunu göstərdi.
Azərbaycanın
təşəbbüsləri regional inteqrasiyanın və beynəlxalq nəqliyyat əlaqələrinin
inkişafında mühüm rol oynayır. Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsi isə
Azərbaycanın bərpa olunmuş torpaqlarında həyatın, mədəniyyətin və humanizmin təntənəsini
ifadə edir.
Bayram
Xudayarov,
Elm
və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, “Heydər Əliyev məktəbinin
davamçıları” Facebook qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü
Digər xəbərlər



