Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıq etimad ilə xarakterizə olunur.

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform” agentliyinə müsahibə
verib. Ölkə Prezidenti oktyabr ayının 18-də verdiyi müsahibəsində iki ölkə
arasında siyasi dialoqun yüksək səviyyədə olmasından, nəqliyyat, logistika,
neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji
sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı
çərçivəsində təşəbbüslərdən bəhs edib, Azərbaycan ilə Qazaxıstan arasında
siyasi əlaqələrin hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə
xarakterizə olunduğunu bildirib.
İlham Əliyev son üç ildə qardaş ölkəyə
yeddinci dəfə səfər etdiyini, Qazaxıstana hər səfərində dinamik inkişafı, yeni
uğurları müşahidə etdiyini, ölkənin modernləşdirilməsinə və iqtisadiyyatın
şaxələndirilməsinə yönəlmiş islahatların uğurla həyata keçirilməsi xüsusi qeyd
edib.
Vurğulanıb ki, həmin müddət ərzində
Prezident Kasım-Jomart Kemeleviç Tokayev Azərbaycana altı dəfə səfər edib.
Bütün bunlar ölkələr arasında hərtərəfli tərəfdaşlıq və qarşılıqlı strateji
fəaliyyətin inkişafına müştərək səyləri nümayiş etdirir.
İlham Əliyev işğaldan azad edilmiş Füzuli
şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisinə görə qardaş
Qazaxıstana minnətdarlığını bildirib.
Müsahibə zamanı bildirilib ki, Qazaxıstan
və Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik
münasibətləri haqqında Müqavilənin 20 yaşı var. Ötən illər ərzində möhkəm
hüquq-müqavilə bazası - təqribən 170 sənəd işlənib hazırlanıb, siyasi,
iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli
əməkdaşlıq mexanizmləri yaradılıb. Həmçinin ilk iclası Qazaxıstan Prezidentinin
ötən il Azərbaycana dövlət səfəri zamanı keçirilən Ali Dövlətlərarası Şuranın
əhəmiyyəti də çox böyükdür. Astanada keçiriləcək ikinci iclasda qarşılıqlı
faydalı əməkdaşlığın perspektivləri və Azərbaycan-Qazaxıstan münasibətlərinin
yeni səviyyəyə qaldırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.
Azərbaycan və Qazaxıstan, həmçinin
çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən
BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı
Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də səmərəli
əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq arenada bir-birini dəstəkləyir, bir çox
məsələlərdə ortaq mövqeyi bölüşür.
Azərbaycan ilə Qazaxıstan arasındakı
siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə
xarakterizə olunur – bu, həm rəsmi bəyanatlar, həm praktiki əməkdaşlıq, həm də
strateji baxışların uyğunluğu ilə özünü göstərir. Tariximədəni bağlar, dövlət
səviyyəsində müntəzəm və aktiv dialoq, çoxsahəli əməkdaşlıq bu münasibətləri
sadə diplomatik əlaqədən çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə
yüksəltmişdir. Bu əlaqələrin gələcək inkişafı isə həm siyasi iradənin
davamlılığına, həm real layihələrin icrasına, həm də xalqlar arasında daha
dərin bağların qurulmasına bağlıdır.
Asif Bayramov,
YAP Neftçala
rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini
Neftçala
Olimpiya İdman Kompleksinin direktoru
Digər xəbərlər



