Pirallahıda yanan evdə bir nəfər ölüb.

2019-05-30 Baxış: 848
img

30.05.2019

Bakı şəhərinin Pirallahı rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı mansarda tipli evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə və mansardası 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən MAYAKİNFO-ya verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş, 1951-ci il təvəllüdlü Şargin Sergey İvanoviçin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Evin qalan hissəsi və digər ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Hadisə ilə əlaqədar müvafiq  qurumlar tərəfindən təhqiqat aparılır.