Salyanda qasırğa inəyi 30 metr kənara tullayıb.
2019-05-30
Baxış: 933
30.05.2019
Bu gün saat 12:10 radələrində Salyan rayonun Kürsəngi kəndində şiddətli yağışla müşayiət olunan qasırğa baş verib.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, cəmi 3-4 dəqiqə çəkən və kənddən zolaq şəklində keçən qasırğa nəticəsində kənd sakini Qahir Rafiq oğlu Həsənova məxsus ikimərtəbəli evin dam örtüyü bütövlükdə uçaraq, evdən 25-30 metr aralıda yerə düşüb.
Güclü külək qonşunun həyətində otlayan inəyi də uçuraraq eyni məsafədə kənara tullayıb.
Digər xəbərlər
2021-11-04
2023-04-18