İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq”

44
gün davam edən müharibədə 30 ilə yaxın idi ki, işğal altında olan əzəli
torpaqlarımız - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri,
yüzlərlə kənd, strateji yüksəkliklər işğaldan azad edildi. Hər bir kəndin, qəsəbənin,
şəhərin azad olunması xalqımız tərəfindən bayram kimi, böyük sevinclə
qarşılandı.
Şəhər
və rayonlarımızın, kəndlərimizin bir-birinin ardınca azad edilməsi ilə Azərbaycan
əsgərləri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildilər.
Düşmənin 30 ildir qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar
qısa müddətdə darmadağın edildi, ordumuzun tətbiq etdiyi müharibə strategiyası
müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Ermənistan ordusu,
ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi darmadağın
edildi. Düşmən ordusunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi sıradan
çıxarıldı.
Eyni
zamanda Azərbaycan xalqı bu müharibədə yumruq kimi birləşdi, öz rəhbərinin ətrafında
səfərbər oldu.Noyabrın 11-də 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə
görüşən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu barədə dedi: “İkinci Qarabağ
müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin
qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar
bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə
sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş
meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi.
Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı
qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif
yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi,
biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni
şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin
siyasəti hesabına qazanmışıq”.
Ağdam,
Kəlbəcər və Laçın döyüşsüz azad olundu
Üçtərəfli
bəyanatın bütün bəndləri Azərbaycanın milli və dövlət maraqlarına uyğun idi. Sənədin
bəndləri işğal altında qalan digər rayonların da azad olunmasını nəzərdə
tuturdu. Beləliklə, Ermənistanın kapitulyasiyasına uyğun olaraq noyabrın 20-də
Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu Azərbaycan
Ordusunun nəzarətinə keçdi. Hərbi qələbə ilə Ermənistanı məğlub edən Azərbaycan
bir güllə belə atmadan bu rayonları da azad etdi. Bununla da torpaqlarımızın
azadlığı uğrunda Vətən müharibəsində işğaldan azad olunan rayonlarımızın
sırasına Ağdam, Kəlbəcər və Laçın rayonları da əlavə olundu.Bu rayonların azad
olunması Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən
müharibəsində xalqımızın qazandığı şanlı qələbənin nəticəsidir.
Azərbaycan
Ordusu torpaqlarımızı azad etdikcə həm də bütün dünya erməni vəhşiliyinin
şahidi oldu. Kənd və şəhərlərimizin dağıdılması hər bir Azərbaycan vətəndaşını
göynətdi. İşğaldan azad edilmiş bütün ərazilərimiz erməni vandallığının qurbanı
olub, şəhər və kəndlərimiz viran qoyulub, xalqımıza və dövlətimizə qarşı cinayət
törədilib, təbiətimizə qəsd edilib. Ağdam, Cəbrayıl, Füzuli şəhərlərindən əsər-əlamət
qalmayıb. Ağdam şəhərində qismən salamat məscid binası qalıb ki, onu da
işğalçılar döyüşlər zamanı istiqaməti müəyyən etmək üçün saxlamışdılar.
Kapitulyasiya
edən Ermənistan Kəlbəcərin noyabrın 15-dək boşaldılacağı barədə öhdəlik
götürmüşdü. Lakin sonradan Ermənistan möhlət istədi və Azərbaycan humanistlik
edərək müddətin 10 gün uzadılmasına razılıq verdi. Amma biz əvəzində bir daha
çirkin erməni xislətinin təzahürünü gördük. Qanunsuz məskunlaşdırmadan sonra
evlərimizdə yaşayan və bu günlərdə rayonumuzu tərk edən ermənilər hansı vandal
hisslərin daşıyıcıları olduqlarını bütün dünyaya göstərdilər. Evlərimizə od
vurdular, təbiətimizə qənim kəsildilər. Noyabrın 25-də xalqımıza müraicət edərək
Kəlbəcərin azad olunması münasibətilə həmvətənlərimizi təbrik edən Prezident
İlham Əliyev bu məsələyə də toxunaraq dedi: “Görün, son günlər ərzində onlar
hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət
yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda
satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin
evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara
bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə
üz-üzə idik!”
İkinci
Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatdı. Bu
müharibədə rəşadətli Azərbaycan Ordusu İlham Əliyevin Müzəffər Ali Baş
Komandanlığı ilə Ermənistanı döyüş meydanında darmadağın edərək onun işğal
siyasətinə son qoydu. Ona görə bu müharibə müasir tariximizin Zəfər salnaməsinə
çevrildi. Bu Qələbə Azərbaycanı qaliblər sırasına çıxardı, xalqımızı daha da
böyütdü və daha güclü etdi.
Sərxan Şəfizadə,
YAP
fəalı, Hacıqabul rayon Udulu kənd tam orta ümumtəhsil məktəbinin tarix müəllimi.
Digər xəbərlər



