Kisi həyat yoldaşını öldürəndən sonra özünü güllələyib

2019-06-01 Baxış: 779
img

01.06.2019

Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında binanın arxasında Təranə Novruzova adlı qadının ölümü ilə bağlı təfərrüatlar məlum olub.

MAYAKİNFO-nun ONA-dan aldığı məlumatına görə, Suraxanı rayonunun Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında binanın arxasında Təranə Novruzova adlı qadın əri tərəfindən ov tüfəngi ilə güllələnərək qətlə yetirilib. Əvvəllər məhkumluq həyatı yaşamış Laçından olan məcburi köçkün 1958-ci il təvəllüdlü Novruzov Zahid Balabəy oğlu iki güllə arvadına vurduqdan sonra özünü güllələmək istəyib, lakin silah onun əlindən sürüşüb və nəticədə o, boğaz nahiyəsindən yaralanıb. Kişi yaralı şəkildə 1 saylı Şəhər Kliniki Xəstəxanası çatdırılıb. Hazırda cinayəti törədən şəxs əməliyyat olunur.

Faktla əlaqədar Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb.