Həmrəylik günü Ulu Öndərin adı ilə bağlıdır.

31
dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün təsis edilməsi Ulu öndər
Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda başlayan milli-azadlıq mübarizəsinin
ən gərgin vaxtında Heydər Əliyev dünya azərbaycanlılarının vahid ideya ətrafında
birləşdirilməsinin Azərbaycanın gələcəyi üçün tarixi və strateji önəm
daşıdığını uzaqgörənliklə müəyyən etdi. Həmin dövrdə Heydər Əliyev tərəfindən
irəli sürülmüş azərbaycançılıq ideyası Azərbaycanın dünya birliyinə
inteqrasiyasının təməl sütunlarından birini təşkil etməyə başladı. Məhz Heydər
Əliyevin təşəbbüsü ilə 1991-ci il, dekabr ayının 16-da Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi "Dünya azərbaycanlılarının həmrəylik və birlik
günü haqqında" tarixi qərarı qəbul etdi. Bu qərara əsasən, dekabrın 31-i
Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi.
Beləliklə,
dünyanın 70-dən yuxarı ölkəsinə səpələnən 50 milyondan çox azərbaycanlı vahid
azərbaycançılıq ideyası ətrafında birləşdirilməsinin və milli diasporumuzun
formalaşdırılmasının əsası qoyuldu.
1992-ci
ildə Azərbaycan parlamenti dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi
günü kimi qeyd olunmasına dair qərar qəbul etdi. 1993-cü ildə isə Azərbaycan
Prezidentinin fərmanı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü
kimi rəsmi bayram élan edilib.
31
dekabr Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram
ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında
birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının
Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq
bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Ulu öndər Heydər Əliyev azərbaycançılıq
ideyasının dünya azərbaycanlılarının həmrəyliyinin təmin edilməsində güclü
diaspor təşkilatının formalaşdırılmasına və onların Azərbaycan dövləti ətrafında
daha sıx birləşməsinin vacibliyinə diqqəti cəlb edərək 2001-ci il noyabr ayının
9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayında dediyi: "Bizim
hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır.
Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan
üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr
edirəm ki, mən azərbaycanlıyam!!!",- dahiyana fikirləri hər gün daha çox
önəm daşıyır.
31
dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə dünyanın bütün
yerlərində yaşayan soydaşlarımızı təbrik edir, onlara hər bir sahədə uğur, gündən-günə
çiçəklənən Azərbaycan dövləti ətrafında sıx birləşməyə çağırıram.
Zaur Qasımov,
YAP
fəalı, Hacıqabul rayon Navahı qəsəbə 2 saylı tam orta ümumtəhsil məktəbinin
direktoru.



