Poçt şöbəsinin rəisi özünü asıb
2019-06-03
Baxış: 853

03.06.2019
Ağdamda poçt şöbəsinin rəisi özünü asaraq intihar edib.
MAYAKİNFO-nun ONA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Kənd sakini 1957-ci il təvəllüdlü Tağıyeva Püstə Mərkəz qızı yaşadığı evin həyətində özünü asıb. P. Tağıyeva Ağdam Poçt Filialının Qaradağlı poçt şöbəsinin rəisi vəzifəsində işləyib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Digər xəbərlər



