Ölkənin su təchizatının yaxşılaşdırılması dövlətimiz üçün prioritet məsələdir

Prezident İlham
Əliyevin sədrliyi ilə yanvarın 12-də keçirilən müşavirədə Bakı şəhəri və
Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə
dair 2026-2035-ci illər üzrə Dövlət Proqramının müzakirəsi zamanı bu sahədə
görülən işlər və qarşıda duran vəzifələrdən danışılıb.
Müşavirədə
vurğulanıb ki, su mənbələri hər bir ölkə üçün çox önəmlidir. Ölkənin su mənbələrinin
təqribən dörddəbir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır.
Bu su mənbələrinin üstünlüyü də odur ki, bunların əksəriyyəti Azərbaycan ərazisində
formalaşır. Ölkənin digər əsas su mənbələri isə Kür, Araz və Samur çayları isə
xaricdə formalaşdəğından bu həssas məsələ nəzərə alınmalıdır.
Prezident
İlham Əliyev müşavirədəki çıxışında deyib: “Bu gün dünyada iqlim dəyişikliyi ilə
bağlı ciddi narahatlıq hökm sürür. Bir çox ölkələr artıq bundan ciddi zərər
görür. Bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində
öz həllini tapır. Qeyd etdiyim kimi, son 20 il ərzində ancaq sadaladığım, -
halbuki görülən işlər qat-qat çoxdur, - layihələr onu göstərir ki, əgər
vaxtında bu addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər
bizim üçün çox ciddi problemlər yarada bilərdi. Bizim məqsədimiz isə əhalini və
sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etməkdir, su mənbələrini
qorumaqdır, su anbarlarının potensialını artırmaqdır, uçotu tam yaratmaqdır və
mövsüm gələndə suları yığmaqdır ki, sonra il boyunca onlardan istifadə edək”.
Təəssüf
ki, uzun illərdir ki, Bakı və Abşeron yarımadasının içməli su problemləri ciddi
problemə çevrilib. Bu da genişmiqyaslı və müfəssəl Dövlət Proqramının qəbul
edilməsini tələb edirdi. Müşavirədən dərhal sonra ölkə başçısının müvafiq Sərəncamı
ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı
suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət
Proqramı” təsdiq edildi. Qəbul edilən Proqramın icrası ilə bağlı dərhal
müvafiq tapşırıqların verilməsi dövlət başçısı tərəfindən bu işlərə olan diqqətin
təzahürü kimi qiymətləndirilməlidir.
Yeni Dövlət Proqramının icrası nəticəsində 30-a yaxın yeni su anbarları tikiləcəkdir.
Hazırda ölkə əhalisinin 70 faizə qədəri fasiləsiz içməli su ilə təmin olunur və
Proqramın icrası nəticəsində bu, 95 faizə çatacaq. Həmçinin Proqramda
sayğaclaşdırmanın 100 faizə çatdırılması nəzərdə tutulub. Proqramın icrası nəticəsində
Bakı, Sumqayıt, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük
dərəcədə yaxşılaşacaq 200 kilometrdən çox magistral kanallar və bir o qədər
paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaqdır.
Bu
gün qarşıda duran problemlərdin biri su itkiləri ilə bağlıdır. Əhalinin
artması, sənaye və digər istehsal sahələrinin genişlənməsi təbii ki, suya olan
tələbatı artırır. Bununla əlaqədar görə hazırda 40-45 faiz təşkil edən itkilərin
kəskin azaldılması əsas məsələlərdən biridir və proqramın icrası nəticəsində
bu, kəskin azalmalıdır.
Prezident
İlham Əliyev müşavirədəki çıxışında paytaxt Bakı şəhərinin kanalizasiya məsələsinə
xüsusi toxunub. Bildirilib ki, bu gün əhalinin 50 faizinə kanalizasiya
xidməti göstərilir və Proqramın icrası nəticəsində bu, 95 faizə
çatdırılmalıdır. Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə
düşür, çox ciddi problemlər yaşanır. Dövlətimizin başçısı əlavə edib ki, “yağış
sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də
qurulacaq və bunun çox böyük faydası olacaq”.
Bildirilib
ki, Xəzər dənizinin çirklənməsinin əsas amillərindən biri dənizə axıdılan
suların 100 faiz təmizlənməlidir. Bu istiqamərdə Hövsan sutəmizləyici
stansiyasının modernləşdirilməsi və potensialının genişləndirilməsi qarşıda
duran məsələlərdə biridir.
Prezident
İlham Əliyev müşavirədə Bakı şəhəri və Abşeron yarımadasının su təchizatı,
tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinin gələcək inkişaf məsələlərinə
xüsusi olaraq toxunub. Abşeron yarımadasının su təchizatını yaxşılaşdırılması
üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Bu imkan
verəcək ki, Bakı və Abşeron yarımadasına gələn suların həcmi artırılsın. Ölkə
başçısı deyib: “Duzsuzlaşdırma nəticəsində əhali təmiz və keyfiyyətli içməli su
ilə təmin ediləcək və eyni zamanda, suvarma üçün də böyük mənbə yaranacaqdır”.
Ölkə
başçısı bildirib ki: “son 20 il ərzində həyata keçirdiyimiz layihələrdən biri də
tamamilə yenidən qurulmuş Oğuz-Qəbələ-Bakı su kəməridir. Əgər bu su kəməri
tikilməsəydi, bu gün Bakıda su qıtlığı özünü çox ciddi şəkildə göstərmiş
olardı”.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri.
Digər xəbərlər



