Su mənbələri hər bir ölkə üçün önəmlidir.

Tarix
boyu sivilizasiyaların formalaşması və inkişafı məhz çaylar, göllər və digər su
mənbələri ətrafında baş vermişdir. Bu da suyun dövlətlərin mövcudluğunda nə qədər
strateji əhəmiyyət daşıdığını açıq şəkildə göstərir. Su mənbələri yalnız təbii
sərvət deyil, həm də ölkələrin iqtisadi gücünün, sosial rifahının və ekoloji təhlükəsizliyinin
təminatçısıdır. Su ehtiyatlarının qorunması bu günün deyil, gələcəyin
problemidir və bu istiqamətdə atılan hər bir addım gələcək nəsillərin sağlam və
təhlükəsiz həyatına xidmət edir. Su mənbələri hər bir ölkə üçün ən vacib təbii
sərvətlərdən biri hesab olunur və cəmiyyətin bütün sahələrində mühüm rol
oynayır. Su insan həyatının davamlılığı üçün əvəzolunmaz olmaqla yanaşı, sosial
rifahın, iqtisadi inkişafın və ekoloji sabitliyin əsasını təşkil edir.
Müasir
dövrdə su ehtiyatları əsasən içməli su təminatı, kənd təsərrüfatı, sənaye
istehsalı və enerji sektorunda geniş şəkildə istifadə olunur. Kənd təsərrüfatında
suvarma sistemləri məhsuldarlığın artırılmasında həlledici rol oynayır. Sənaye
sahəsində isə su texnoloji proseslərin ayrılmaz hissəsidir. Eyni zamanda
hidroenerji vasitəsilə elektrik enerjisinin istehsalı ölkələrin enerji təhlükəsizliyinin
təmin olunmasına mühüm töhfə verir. Bütün bu sahələr su resurslarının
mövcudluğundan və düzgün idarə olunmasından birbaşa asılıdır.
Lakin
əhalinin sürətli artımı, urbanizasiya, iqlim dəyişiklikləri və ətraf mühitin
çirklənməsi su ehtiyatlarına ciddi təzyiq göstərir. Bir çox ölkələrdə şirin su
çatışmazlığı artıq qlobal problemə çevrilmişdir. Su mənbələrinin çirkləndirilməsi
ekosistemlərin pozulmasına, insan sağlamlığına zərər vurulmasına və iqtisadi
itkilərə səbəb olur. Xüsusilə transsərhəd su ehtiyatlarının düzgün bölüşdürülməməsi
regional və beynəlxalq səviyyədə münaqişə risklərini artırır.
Bu
baxımdan su resurslarının qorunması və səmərəli istifadəsi dövlətlərin əsas
prioritetlərindən biri olmalıdır. Suya qənaət edən texnologiyaların tətbiqi, su
ehtiyatlarının çirklənmədən mühafizəsi, ictimai maarifləndirmə tədbirlərinin
gücləndirilməsi və effektiv idarəetmə mexanizmlərinin yaradılması böyük əhəmiyyət
daşıyır.
Təkcə
dövlət deyil, onunla yanaşı, cəmiyyətin hər bir üzvü suyun dəyərini dərk etməli
və onun qorunmasına məsuliyyətlə yanaşmalıdır.
Maya
Qənbərova
YAP
fəalı, Hacıqabul Tarix Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi
Digər xəbərlər



