Azərbaycanda qazlaşma səviyyəsinin 96%-ə çatması çox qürurverici göstəricidir

Prezident
İlham Əliyevin sədrliyi ilə "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı,
yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026 - 2035-ci
illər üçün Dövlət Proqramı"na həsr olunan müşavirə ölkəmizin dayanıqlı
inkişaf strategiyasına yönəlik strateji baxışın təsdiqidir. Cənubi Qafqaz
regionunun siyasi, iqtisadi, hərbi lokomotivi olan Azərbaycan bölgədə istər
regional, istərsə də beynəlxalq əhəmiyyətli layihələri reallaşdırmaqla öz
gücünü hər zaman təsdiq edib". Bu gün Prezident İlham Əliyevin müdrik
strateqliyi sayəsində formalaşan yeni geosiyasi konfiqurasiya böyük ölçüdə
Transxəzər regionu üçün yeni perspektivlər, fürsətlər pəncərəsi açır: "Təbii
ki, qazanılan uğurlar və nailiyyətlər ölkədaxili infrastruktur şəbəkəsinin təkmilləşdirilməsi
və genişləndirilməsindən də yan keçməyib. Bu kontekstdə çıxış edən dövlət
başçısı müşavirə zamanı olduqca əhəmiyyətli məqamlara toxundu. Ölkə rəhbəri
vurğuladı ki, "ölkəmizdə son illər ərzində genişmiqyaslı infrastruktur
layihələri icra edilmişdir, həm Bakıda, həm bütün bölgələrdə. İyirimi il ərzində
bir neçə regional inkişaf proqramı qəbul edilmişdir. Hər proqram beş ili əhatə
edirdi və proqramlar uğurla icra olundu. Biz bunun nəticəsində əsas
infrastruktur məsələlərini həll etdik. İlk növbədə elektrik enerjisi ilə təchizat
bütün ölkəni əhatə etmişdir. Tamamilə yeni mərhələyə qədəm qoyduq. Bu
yaxınlarda yeni külək elektrik stansiyasının açılışında bu məsələyə bir qədər
toxundum, bu gün bizim enerji generasiya gücümüz tələbatımızdan daha artıqdır.
Hətta biz elektrik enerjisini ixrac edirik. Vaxt var idi ki, bu məsələ ilə
bağlı ciddi problemlər mövcud idi, enerji qıtlığı mövcud idi. Biz hətta xaricdən
elektrik enerjisini idxal etməyə məcbur idik. Bu gün isə görülmüş tədbirlər nəticəsində
həm generasiya gücləri yaradıldı, - hazırda təqribən 10 min meqavata yaxındır,
- eyni zamanda, yarımstansiyalar, ötürücü xətlər, paylayıcı şəbəkə - bütün bu məsələlər
vahid sistem halına salınmışdır".Əhalinin mavi yanacağa olan tələbatından
söz açan Prezident İlham Əliyev bu sahədə görülən işləri diqqətə çatdıraraq
bildirdi ki, "əhalinin 96 faizi bu gün təbii qazla təchiz edilib. Bu da
son 20 il ərzində aparılan infrastruktur layihələri arasında xüsusi yer tutan məsələdir.
Çünki vaxtilə bizim qaz təchizatımız daxili tələbatı ödəməyə imkan vermirdi.
Biz qazı da xaricdən idxal edirdik və böyük çətinliklərlə üzləşirdik. Bu gün isə
dünyanın 10-dan çox ölkəsi, - bu ölkələrin sayı ildən-ilə artır və bu il də
yeni ölkələr bu siyahıya daxil ediləcək, - Azərbaycan təbii qazını alıb öz
enerji təhlükəsizliyini gücləndirir". Təbii ki, qeyd edilən yüksək göstəricilər
bundan sonra daha da yaxşılaşdırılacaq".Prezident İlham Əliyevin müşavirədəki
çıxışı bir daha onu göstərdi ki, Azərbaycan bu günün reallıqlarını və gələcək
onilliklərin çağırışlarını nəzərə alaraq düşünülmüş və ardıcıl inkişaf yolu
seçib".
Pərvanə
Səfərova
YAP
fəalı, Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi
Digər xəbərlər



