Azərbaycan İdman Akademiyasında 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş elmi seminar keçirilib.
2026-01-18
Baxış: 11

Yanvarın 15-də Azərbaycan İdman Akademiyasında 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş elmi seminar keçirilib.
Elmi seminarda Tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı çıxış edərək 20 Yanvar faciəsinin tarixi-siyasi mahiyyəti, Azərbaycan xalqının azadlıq mübarizəsində tutduğu mühüm yer və milli yaddaşımızdakı əhəmiyyəti barədə haqqında iştirakçılara məlumat verib.
Sonra dosent Əli Ələkbərov 20 Yanvar hadisələrinə elmi yanaşma sərgiləyib, faciənin ictimai-siyasi nəticələrindən danışıb, bu tarixi hadisənin gələcək nəsillər tərəfindən düzgün dərk edilməsinin vacibliyini vurğulayıb.
#SportsAcademy #ASA
×
Digər xəbərlər



