Qazaxda traktor sürücünün üzərinə aşıb

2019-06-03 Baxış: 633
img

03.06.2019

Qazaxda traktor sürücüsü ehtiyatsızlıq üzündən ağır yaralanınb.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aslanbəyli kəndində baş verib. Kənd sakini, 58 yaşlı Piriyev Məcid idarə etdiyi traktorla ot biçən zaman texnikada nasazlıq yaranıb. 

Nasazlığı təmir edən zaman hərəkətə gələn traktor M.Piriyevi sürüyüb və onun üzərinə aşıb. Ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib. 

Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.