Əbu- Dabi görüşləri Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə yeni töhfələr verəcək

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Birləşmiş Ərəb
Əmirliklərinə səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti
Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla keçirdiyi görüşlər səmərəli nəticələrlə
diqqət çəkid. Səfər zaman digər mühüm məqam, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında
keçirilən görüş oldu. Sözügedən görüşdə iki ölkə arasındakı sülh məsələsi geniş
müzakirə olundu və qarşılıqlı etimadın daha da güclənməsi bir vəzifə kimi irəli
sürüldü.
Xatarladaq
ki, bir neçə il əvvəl bu xarakterli görüşlər əlçatmaz görünürdü. Çünki illər
uzunu Ermənistan işğalçılıq siyasətindən əl çəkmək istəmirdi. Lakin Müzəffər
Ali Baş Komandanmız İlham Əliyevin siyasi qətiyyəti və Ordumuzun qəhrəmanlığı nəticəsində
2020-ci ildəki 44 günlük Vətən müharibəsində və 2023-cü ilin
sentyabrın 19-da keçirilən bir günlük lokal antierror tədbirlərində əldə edilən
şanlı Zəfərlərimiz nəticəsində Qarabağ erməni separatçılarından birdəfəlik
təmizləndi. Bununla da Ermənistanın bütün hərbi-siyasi
planları darmadağın edildi. İndi ermənilər Azərbaycanın diqtə etdiyi
haqlı şərtləri qəbul etməyə məcburdur.
Məhz
bu səbəbdəndir ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın
baş naziri Nikol Paşinyan arasında görüşlərdə sülhə dair müzakirələrin keçirilməsi
davamlıdır. Bu istiqamətdə Azərbaycan dövləti daha çox hümanastlik prinsiplərinə,
gələcəkdə normal qonşuluq ənənələrinin yaranmasına önəm verir.
Təbii
ki, Ermənistan hakimiyyəti də bu reallağa uyğun hərəkət etməyə məcburdur.
Eyni zamanda, hər iki ölkə liderinin Əbu-Dabidə baş tutan görüşləri
ötən ilin avqustunda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı
ilə keçirilmiş sülh sammitin davamı idi. Lakin daha vacib olan başqa məqamdır:
sülh istəyi artıq sözdə deyil, real əməldə özünü göstərir. Xüsusilə son bir neçə
ay ərzində hər iki ölkə arasında ticarət əlaqələrinin başlaması, Azərbaycanın
neft məhsullarının Ermənistana ixracı, taxılın Azərbaycan ərazisindən tranziti
– bütün bunlar Bakıda qəbul edilən qətiyyətli və düşünülmüş qərarların nəticəsidir.
Məlumdur ki, Məhz Prezident İlham Əliyev Ermənistana tranzitə icazə verərək ilk
humanist addımı atdı. Noyabr ayında müvafiq qərar qəbul olundu və artıq
dekabrda Azərbaycan ərazisindən Ermənistana Qazaxıstan buğdası ilə yüklənmiş
ilk vaqonlar yola salındı, ardınca isə Rusiyadan tədarüklər başladı. Bu gün
artıq söhbət yüzlərlə ton taxıldan gedir.
Bu
gün Azərbaycanla Ermənistan arasında müzakirə olunan və əsas məsələlərdən
biri də TRIPP layihəsi, yəni Zəngəzur dəhlizidir. Bu layihə regional
ticarətin artmasına və bölgədə hər iki ölkənin iqtisadi gücnün yüksəlməsinə, ən
başlıcası isə doğma Azərbaycandan ayrı düşmüş Naxçıvan Muxtar Respubliksının
blokadadan çıxmasına imkan yaradacaq.
Hazırda
regionumuzda yeni bir reallıq formalaşır. Burada regionun gələcək istiqamətini
məhz infrastruktur və iqtisadiyyat müəyyən edəcəkdir. Prezident İlham Əliyevin
strategiyası bütün səviyyələrdə – hərbi, siyasi, iqtisadi və diplomatik müstəvilərdə
öz effektivliyini sübut edib. Azərbaycan təkcə ərazi bütövlüyünü bərpa etməklə
kifayətlənməyib, eyni zamanda, qələbəni dayanıqlı sülh prosesi ilə möhkəmləndirib.
Ən
başlıcası isə odur ki, Əbu-Dabidə Azərbaycan və Ermənistan liderlərinin
keçirdikləri səmimi görüşlər beynəlxalq aləm tərəfindən də dəstəklənir.
Çünki, Azərbaycan- Ermənistan sülh danışıqları müasir dövrümüzün ən
uğurlu sülh prosesidir. Diqqət etsək görərik ki, bu gün dünyanın bəzi
nöqtələrində qanlı müharibələr, qarşıdurmalar davam edir. Lakin müharibə tərəfləri
arasında sülh proses yaratmaq isə hələ də mümkün deyildir. Çünki bu müharibələrdə
hələ də qalib tərəf yoxdur. Lakin Azərbaycan qalib olduğu üçün Ermənistanı sülh
proseslərinə cəlb edə bildi. Həm də ən ədalətli yollarla.
İsmayıl
İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



