Əldə olunan sülh sosial və insani dialoqun inkişafı üçün bir başlanğıc nöqtəsidir.

2026-cı
il 4 fevral tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə “Zayed
İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirildi. Tədbirdə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və
digər beynəlxalq qonaqlar iştirak etdilər. Bu mərasim yalnız bir mükafat təqdimatından
ibarət olmayıb, həmçinin regionda sülh, dialoq və insan qardaşlığı prinsiplərinin
gücləndirilməsi baxımından əhəmiyyətli bir simvolik hadisəyə çevrilmişdir.
Tədbirin
gedişi və beynəlxalq iştirak
Mərasim
BƏƏ-nin dövlət himninin səsləndirilməsi ilə başlayıb və “Zayed İnsan Qardaşlığı
Mükafatı” ilə bağlı videoçarx nümayiş etdirilib. Tədbirdə müxtəlif ölkələrin
dövlət və hökumət başçıları tərəfindən mükafat laureatlarına təbrik videomüraciətləri
də ekrana gətirildi ki, bunlara Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan,
Qırğızıstan, Livan və İordaniya kimi dövlətlərdən mesajlar daxil idi.
Müsəlman
Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam mərasimdə çıxış etmiş və
daha sonra mükafatın təqdimat mərasimi baş tutmuşdur. Tədbirdə həmçinin insan
haqları və sülh təşəbbüsləri üzrə fəaliyyət göstərən laureatlar da öz fikirlərini
çatdırıblar.
Mükafatın
mənası və Prezident İlham Əliyevin çıxışından əsas məqamlar
Tədbirin
əsas məqamlarından biri də Prezident İlham Əliyevin mərasimdə nitq söyləməsi
oldu. Əliyev bu mükafatı almağın onun üçün böyük bir şərəf olduğunu qeyd etdi və
mükafatın mərhum Şeyx Zayed bin Sultan Al Nahyanın adını daşımasının xüsusi əhəmiyyətini
vurğuladı. O, Şeyx Zayedin vizioner lider kimi BƏƏ-ni inkişaf etmiş və sülh
yönümlü bir ölkəyə çevirdiyini bildirdi.
Prezident
İlham Əliyev mərasimə ev sahibliyi edən BƏƏ-nin lideri Şeyx Məhəmməd bin Zayed
Al Nahyanın sülhə və qarşılıqlı anlaşmaya verdiyi töhfənin əhəmiyyətini qeyd
etdi və bu təşəbbüslərin dünya üçün nümunə olduğunu vurğuladı.
Əliyev
həmçinin mərasimdə yaranan simvolik məqamdan danışaraq bildirdi ki, bu tədbir əlamətdar
şəkildə sülh prosesinin məhz burada – Əbu-Dabidə başlamasının simvoluna
çevrilib, çünki Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının son mərhələsi
əvvəlki ilin iyul ayında məhz bu şəhərdə müzakirə olunmuşdur.
Sülh
və insan qardaşlığı mesajı
Prezident
çıxışında xüsusilə bu məqamı vurğuladı ki, Azərbaycan ilə Ermənistan arasında
uzun müddət davam etmiş münaqişədən sonra əldə olunan sülh sosial və insani
dialoqun inkişafı üçün bir başlanğıc nöqtəsidir. O qeyd etdi ki, artıq altı
aydır ki, ölkələr sülh şəraitində yaşayır və “sülhü öyrənirlər” — bu,
qarşılıqlı hörmət və əməkdaşlığın daha da dərinləşməsi üçün vacib bir
prossesdir
Bahadur
İsmayılov
YAP
fəalı, Hacıqabul rayon Meyniman kənd tam orta ümumtəhsil məktəbin direktoru.
Digər xəbərlər



