Şamaxıda “ Heydər Əliyev və memarlıqda milli üslub “ mövzusunda konfrans keçirilib.

2026-02-20 Baxış: 10
img

20.02.2026- cı il tarixində Şamaxı Heydər Əliyev Mərkəzi tərəfindən rayon Mədəniyyət Mərkəzində “Memarlıq və şəhərsalma ili” çərçıvəsində “ Heydər Əliyev və memarlıqda milli üslub “ mövzusunda  konfrans keçirilib. 

Əvvəlcə Ümummilli lider  Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin  əziz xatirəsi  bir dəqiqəlik sükütla  yad edilb. 

Daha sonra  mövzu ətrafında video çarx nümayış etdirilib. 

Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova çıxış edərək Prezidentin Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “ Şəhərsalma və Memarlıq İli “ elan olunmasının əhəmiyyətindən danışıb . Bildirib ki, ilk arzusu memarlıq sənətinin incəliklərinə yiylənmək olan Ulu Öndər Heydər Əliyeviin rəhbərliyi dövründə Azərbaycanda Memarlıq və Şəhərsalma sayəsində mühüm işlər görülüb,şəhərlərin siması dəyişib, ictimai və yaşayış binaları, parklar , memarlıq ansambılları meydana gəlmişdir.

 Sonra AMEA  Arxeologiya , Etnoqrafiya və Antropologiya İnstitutunun Məhkəmə Arxeologiyası şöbəsinin  müdiri, Şamaxı – Ağsu Arxeoloji Ekspedisiyasının rəisi Akif Quliyev çıxış edərək Şamaxı rayonunda mövcud olan tarixi və arxeoloji abidələrin yaranma tarixindən , qədim məskənlər, tarixi binalar, arxeoloji qazıntılar zamanı tapılan memarlıq strukturları haqqında  geniş məlumat verib , onların tədqiqinin və təbliğinin vacibliyini vurğulayıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət  Xidmətinin Qəbələ Regional İdarəsinin Şamaxı üzrə sabiq Baş mütəxəssisi Yasin Nuriyev  çıxış edərək Azərbaycanın qədim şəhərsalma ənənələri ,qədim yaşayış məskənlərinin planlaşdırılması prinsipləri , memarlıq üslubları haqqında danışmış ölkəmizin zəngın memarlıq irsinin qorunmasının vacbliyini diqqətə çatdırmışdır.

Daha sonra DŞRGİİ-nin Şamaxı sektorunun müdiri Şahmar Hüseynov çıxış edərək bildirmişdir ki, Milli memarlığa Heydər Əliyevin fenomenal qayğı ənənəsini bu gün Prezident İlham Əliyev layiqincə davam etdirir. İllər uzunu erməni işğalı altında olan torpaqlarımıza Böyük Qayıdış konsepsiyası, dağıdılan şəhər və kəndlərimizin yenidən qurulması, tarixi-memarlıq irsimizin bərpası ölkəmizdə memarlıq və inşaat fəaliyyətinin daha da genişlənməsinə rəvac verib. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması çağdaş tələblər səviyyəsində, yeni texnologiyaların, şəhərsalma standartlarının və memarlıq formalarının tətbiqi ilə gerçəkləşir.