APA fəaliyyətini davam etdirir

2019-06-04 Baxış: 763
img

04.06.2019

"Azəri-Press" Agentliyi (APA) fəaliyyətini davam etdirir.

Agentlik Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və on-line sistemi ilə həyata keçirilir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.

APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin, Türkiyə, Rusiya, İran, Gürcüstan və Böyük Britaniyada ofisləri fəaliyyət göstərir.

Agentliyin tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı “APA-Economics” bölməsi var.

“APA-Economics” iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən operativ məlumatlar, obyektiv analitik məqalələr, müxtəlif icmallar təqdim edir.

Agentliyin internet ünvanı belədir: www.apa.az

Yaxın vaxtlarda APA TV də fəaiyyətini davam etdirəcək.