Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri Böyük Qayıdış Proqramının uğurlu icrasının təqdimatıdır.

Tarixi
Zəfərimizdən sonrakı dövrün qürurverici məqamlarından biri də əlamətdar günlərdə
dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə
üzvlərinin işğaldan azad olunmuş ərazilərə səfər etmələridir.
Fevralın
26-da Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri
fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışın mərasimində
iştirak ediblər. Dövlət başçısı bu mərasimi tarixi ədalətin bərpasının növbəti
mərhələsi kimi təqdim etmişdir.
Qeyd
edim ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin
fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin
əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli
yaddaşın qorunması məqsədilə yaradılıb. Layihə məhz Heydər Əliyev Fondu tərəfindən
hazırlanan konsepsiya əsasında reallaşdırılmışdır. Xocalıda ucaldılan Memorial
soyqırımı qurbanlarının xatirəsini daim yaşadacaq və tarixi həqiqətləri hər bir
ziyarətçiyə çatdıracaq.
Xatırladaq
ki, Xocalı soyqırımının 34 il bundan öncə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü
zamanı mülki əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən biridir. Bu dəhşətli
soyqırımının dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var. Xocalı
həqiqətlərinin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi
istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq kampaniyası xüsusi əhəmiyyət
kəsb edir.
Onu
da qeyd edək ki, "Xocalıya ədalət!” beynəlxalq kampaniyası soyqırımı
faktının xaricdə tanınması prosesinə böyük töhfə verib. Kampaniyanın məqsədi
beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı haqqında məlumatlandırmaq, bu faciənin
qurbanlarının xatirəsinin anılmasına və hadisələrin yaddaşlarda yaşamasına,
xüsusən də gənc nəsil tərəfindən unudulmamasına nail olmaqdır. Kampaniya çərçivəsində
görülən məqsədyönlü fəaliyyət nəticəsində dünya ölkələri erməni terrorçularının
insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır.
Mübaliğəsiz
demək olar ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın
işğaldan azad edilmiş rayonlara səfərləri həmişə böyük ruh yüksəkliyi ilə
qarşılanır. Memorial Kompleksinin açılışı çərçivəsində Xocalı rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşündə dövlət başçısı qeyd edib ki, bu gün bu Memorial
Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük:
"Çünki bu qədər, - yəni Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən
biri idi və xalqımız buna məruz qalmışdı, - 30 il ərzində ədalətsizliklə üzləşən
xalqımız öz mənliyini saxladı, ləyaqətini saxladı, inamını saxladı. Biz bu
Memorial Kompleksin açılışında iştirak edərkən bir daha deyirik ki, bu gün Azərbaycan
dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat
törətmək gəlməsin. Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz
güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində
bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdır dünyada. Bu
gün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövlətidir, bizim
siyasətimizdir".
Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44
günlük Vətən müharibəsindəki parlaq Qələbəsi sayəsində xalqımız Xocalı
soyqırımı qurbanlarının xatirəsini qalib xalq kimi yad edir. Bu gün bütün şəhidlərimiz
kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb.
26
fevral 2024-cü ildə təməli qoyulan və qısa müddətdə inşası tamamlanan Xocalı
Memorial Kompleksinin məhz bu şəhərdə açılması həm tarixi ədalətin bərpası, həm
də milli qürur məsələsidir
Bu
addım bir neçə mühüm mənanı kəsb edir:
Cinayətin
baş verdiyi yerdə ucaldılan abidə: Soyqırımı qurbanlarının xatirəsinin məhz
faciənin yaşandığı torpaqda əbədiləşdirilməsi simvolik olaraq "cinayət cəzasız
qalmır" mesajını verir
Suverenliyin
təsdiqi: Kompleksin açılışı Azərbaycanın öz əraziləri üzərində tam nəzarətini və
ərazi bütövlüyünün sarsılmazlığını nümayiş etdirir
Milli
Yaddaş: Gələcək nəsillər üçün bu kompleks həm kədər, həm də torpaqlarımızın
azad edilməsi ilə nəticələnən böyük Zəfərin simvolu rolunu oynayır
Bu
kompleks, illərlə davam edən ədalət mübarizəsinin vizual və mənəvi zirvəsidir.
Aidə
Hüseynova,
YAP
fəalı, Hacıqabul şəhəri 5 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi.



