"Xocalıya ədalət” hərəkatının böyük təsiri

Ermənistan
Silahlı Qüvvələri tərəfindən Xocalının sakinlərinə qarşı törədilən dəhşətli
soyqırımdan artıq 34 il keçir. Xatırladım ki, Xocalı soyqırımı nəticəsində 63-ü
uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə
yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq
valideynlərindən birini itirib.
Ermənistan
Silahlı Qüvvələri tərəfindən Xocalının sakinlərinə qarşı törədilən dəhşətli
soyqırımdan artıq 34 il keçir. Xatırladım ki, Xocalı soyqırımı nəticəsində 63-ü
uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə
yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq
valideynlərindən birini itirib.
Soyqırım
haqqında həqiqətlərin dünyada bilinməsi üçün 2008-ci ildə Leyla Əliyevanın təşəbbüsü
ilə başladılan “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası bir
çox işlər görmüşdür. Hərəkatın məqsədi Xocalı soyqırımı, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan
silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər
ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq
maarifləndirmənin artırılmasıdır. Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın
xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan
başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni
parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və
Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya
tanıyır. İndiyədək ABŞ-nin 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul
edib. Bu hadisə Azərbaycanda “Xocalı soyqırımı” və “Xocalı faciəsi” kimi, digər
ölkələrdə isə “Xocalı qətliamı” kimi anılır.
“Xocalıya
ədalət” kampaniyası dünyada insanlığa qarşı cinayətlərə və haqsızlıqlara qarşı
duran müqavimətin rəmzidir! Zaman keçdikcə Xocalı faciəsinin unudulmasına, təhrif
edilməsinə yol verməməli, əmanət kimi gələcək nəsillərə ötürməliyik. Bu gün
“Xocalıya ədalət” hərəkatı sadəcə bir təsəlli və mərhəmət axtarışı deyil, məğrur
xalqımızın sarsılmaz iradəsi olmaqla, “ədaləti bərpa etdik” nidasına
çevrilmişdir!
Elbrus
Əliyev
YAP
fəalı, Hacıqabul şəhər N.Ağayev adına 4 nömrəli tam orta ümumtəhsil məktəbin
direktoru.



