Qaz təchizatının şaxələndirilməsi Azərbaycanın enerji strategiyasının əsas prioritetlərindən biridir.

Enerji
təhlükəsizliyi məsələsi bu gün qlobal siyasətin və iqtisadi münasibətlərin ən
mühüm istiqamətlərindən birinə çevrilib. Dünya enerji bazarlarında baş verən dəyişikliklər,
geosiyasi gərginliklər və yeni iqtisadi reallıqlar dövlətlərin enerji
strategiyalarını daha çevik və dayanıqlı şəkildə formalaşdırmasını zəruri edir.
Məhz belə bir şəraitdə Azərbaycanın həyata keçirdiyi enerji siyasətinin əsas
istiqamətlərindən biri qaz təchizatının şaxələndirilməsi və enerji bazarlarında
etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsidir.
Bu
məsələ Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində
nazirlərin 4-cü iclasında da xüsusi olaraq vurğulanıb. Dövlət başçısı çıxışında
qeyd edib ki, Azərbaycanın enerji strategiyası təkcə mövcud resursların
ixracını deyil, eyni zamanda qaz təchizatının şaxələndirilməsini və tərəfdaş
ölkələrlə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bu yanaşma Azərbaycanın
enerji siyasətinin uzunmüddətli və strateji xarakter daşıdığını göstərir.
Son
illərdə Azərbaycanın qaz ixrac coğrafiyası əhəmiyyətli dərəcədə genişlənib. Əgər
əvvəlki dövrlərdə Azərbaycan qazı əsasən region ölkələrinə ixrac edilirdisə, bu
gün Avropanın bir sıra dövlətləri də Azərbaycan qazını etibarlı enerji mənbəyi
kimi qəbul edir. Bu isə Azərbaycanın enerji diplomatiyasının uğurunun bariz
göstəricisidir. Xüsusilə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin
olunmasında Azərbaycanın rolu getdikcə daha da artır.
Qaz
təchizatının şaxələndirilməsi yalnız ixrac marşrutlarının artırılması ilə məhdudlaşmır.
Bu strategiya eyni zamanda yeni bazarların formalaşdırılması, mövcud enerji
infrastrukturunun genişləndirilməsi və tərəfdaş ölkələrlə uzunmüddətli müqavilələrin
bağlanmasını da əhatə edir. Azərbaycan bu istiqamətdə ardıcıl və düşünülmüş
siyasət həyata keçirir. Dövlətimizin təşəbbüsü ilə reallaşdırılan böyük enerji
layihələri məhz bu məqsədə xidmət edir.
Prezident
İlham Əliyev çıxışında Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş olduğunu
bir daha vurğulayaraq qeyd edib ki, ölkəmiz imzaladığı bütün müqavilələrə sadiq
qalır və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinə töhfə verməyə davam edir.
Bu yanaşma Azərbaycanın beynəlxalq enerji bazarında nüfuzunu daha da gücləndirir
və ölkəmizə olan etimadı artırır.
Azərbaycanın
həyata keçirdiyi enerji siyasəti təkcə iqtisadi deyil, həm də siyasi və strateji
əhəmiyyət daşıyır. Enerji layihələri müxtəlif ölkələri və regionları birləşdirən
əməkdaşlıq platformasına çevrilib. Bu baxımdan qaz təchizatının şaxələndirilməsi
təşəbbüsü yalnız Azərbaycanın deyil, bütövlükdə regionun və Avropanın enerji təhlükəsizliyinə
xidmət edən mühüm amildir.
Azərbaycanın
həyata keçirdiyi enerji strategiyası ölkəmizin qlobal enerji sistemində rolunu
daha da gücləndirir. Qaz təchizatının şaxələndirilməsi siyasəti isə Azərbaycanın
uzunmüddətli enerji təhlükəsizliyinin təmin olunmasına və beynəlxalq əməkdaşlığın
genişlənməsinə mühüm töhfə verir.
Gündüz
Əsgərov,
YAP
Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Xol
Qarabucaq kənd İƏD üzrə nümayəndə
Digər xəbərlər



