Azərbaycan–ABŞ strateji tərəfdaşlığı enerji əməkdaşlığında yeni imkanlar yaradır.

Azərbaycanın
enerji siyasətində strateji tərəfdaşlarla əməkdaşlıq ölkəmizin beynəlxalq
enerji arenasındakı rolunu gücləndirir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində
nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü
iclasında çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, enerji sahəsində tərəfdaşlıq
yalnız qaz hasilatı və ixracı ilə məhdudlaşmır, eyni zamanda regionun enerji təhlükəsizliyini
gücləndirir və yeni layihələrin reallaşdırılmasına imkan yaradır.
Dövlət
başçısı vurğulayıb: “Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək
niyyətindəyik və tərəfdaş ölkələrlə əməkdaşlığımız yeni imkanlar açır. Bu əməkdaşlıq
çərçivəsində biz həm mövcud infrastrukturumuzu modernləşdiririk, həm də yeni
bazarlara çıxış imkanlarımızı artırırıq.”
Azərbaycan–ABŞ
enerji əməkdaşlığı texnologiya transferi, investisiya təşəbbüsləri və strateji
planların birgə həyata keçirilməsini əhatə edir. Prezident İlham Əliyevin sözlərinə
görə, “Dünyanın ən qüdrətli dövləti Amerika Birləşmiş Ştatlarının strateji tərəfdaşımız
kimi çıxış etməsi bizim planlarımızın gerçəkləşməsini tamamilə real edir.”
Bu
əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr, o cümlədən qazın yeni
bazarlara ixracı və enerji infrastrukturlarının şaxələndirilməsi, Azərbaycanın
beynəlxalq enerji diplomatiyasını gücləndirir və Avropanın enerji təhlükəsizliyinə
mühüm töhfə verir. Dövlət başçısı bildirib ki, “Biz tərəfdaş ölkələrlə birgə
enerji təhlükəsizliyi, davamlı enerji təchizatı və regional əməkdaşlığı gücləndirmək
üçün məqsədyönlü iş aparırıq. Bu birlik və qarşılıqlı fayda prinsipləri on ildən
artıq davam edən uğurlu yolumuzun əsas amilidir.”
Azərbaycan–ABŞ
tərəfdaşlığı təkcə iqtisadi layihələri deyil, həm də geosiyasi və təhlükəsizlik
aspektlərini əhatə edir. Prezident İlham Əliyev qeyd edib ki, əməkdaşlıq yeni
texnologiyaların tətbiqi, enerji bazarlarının şaxələndirilməsi və ixrac
imkanlarının artırılması ilə nəticələnir. “Biz enerji resurslarımızı daha
effektiv istifadə etməli, mövcud kəmərləri və infrastrukturu genişləndirməliyik
ki, tələbatı maksimum səviyyədə qarşılaya bilək,” – deyə dövlət başçısı əlavə
edib.
Beləliklə,
Azərbaycan–ABŞ enerji əməkdaşlığı ölkəmizin beynəlxalq enerji siyasətində
strateji mövqeyini gücləndirir, regional və qlobal enerji təhlükəsizliyinə töhfə
verir, həmçinin Azərbaycanın gələcək enerji layihələrinin uğurla həyata
keçirilməsi üçün möhkəm əsas yaradır.
Gülrux
Nağıyeva,
YAP
Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini
Neftçala
rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi
Digər xəbərlər



