Yaşıl enerji gündəliyi Azərbaycanın enerji siyasətində yeni mərhələnin göstəricisidir.

Cənub
Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət
Şurası çərçivəsində nazirlərin 4-cü iclası Azərbaycanın enerji siyasətində yeni
dövrün əlamətlərini nümayiş etdirdi. Prezident İlham Əliyev çıxışında bərpa
olunan enerji və yaşıl gündəliyin təkcə ekoloji məsuliyyət deyil, həm də
strateji prioritet olduğunu vurğuladı.
Dövlət
başçısı qeyd etdi: “Biz təkcə qaz və neft hasilatına əsaslanmırıq. Davamlı, təmiz
və bərpa olunan enerji layihələrini də inkişaf etdiririk. Bu, Azərbaycanın
enerji siyasətində yeni mərhələnin göstəricisidir və ölkəmizin enerji təhlükəsizliyini
gücləndirir.”
Prezident
İlham Əliyev konkret faktlara diqqət çəkdi: “Cari ilin yanvar ayında regionda
indiyədək ən böyük külək elektrik stansiyasının – 240 meqavat gücündə obyektin
açılışı olub. Layihə “ACWA Power” tərəfindən maliyyələşdirilib. 2023-cü ildə isə
“Masdar” şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib. Bir
neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji
mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik.”
Prezident
vurğuladı ki, bu təşəbbüslər yalnız enerji istehsalını artırmaqla kifayətlənmir,
həm də Azərbaycanın beynəlxalq imicinə, iqtisadi rəqabətliliyinə və regional
enerji təhlükəsizliyinə töhfə verir. “Burada xarici sərmayədarlar və yerli şirkətlər,
o cümlədən SOCAR-ın iştirakı ilə müsbət kombinasiya mövcuddur. Alternativ
enerji bazarında tələbat böyükdür və ölkəmiz bu imkanlardan səmərəli istifadə
edir,” – deyə Prezident İlham Əliyev əlavə etdi.
Bununla
yanaşı, dövlət başçısı enerji infrastrukturunun modernləşdirilməsi və regional əməkdaşlığın
önəmini vurğuladı: “Artıq ötürücü xətlər mövcuddur, lakin daha çox ötürücü xətlər
olacaq. Biz enerji kabelləri – Azərbaycandan Avropaya Qara dənizin dibi ilə gedən
enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana gələn enerji kabeli üzərində birlikdə
işləməliyik. Hər iki layihə üzrə iş davam edir və iqtisadi-texniki əsaslandırmalar
tamamlanmaq üzrədir.”
Prezidentin
çıxışı Azərbaycanın enerji strategiyasında yaşıl gündəliyin yalnız ekoloji və
texnoloji yenilik olmadığını, həm də milli enerji təhlükəsizliyi, regional
inteqrasiya və qlobal enerji balansına töhfə kimi strateji əhəmiyyət daşıdığını
göstərdi. Bu yanaşma ölkəmizi həm enerji istehsalında, həm də ixrac
potensialında yeni mərhələyə daşıyır, regionda lider mövqeyini möhkəmləndirir və
beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açır.
Mübariz
Tağıyev,
YAP
Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Astanlı
kənd tam orta məktəbin direktoru
Digər xəbərlər



