Azərbaycanın enerji strategiyasında yeni mərhələnin başlanğıcı

Martın
3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində
nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü
iclasları keçirilib. Tədbirdə Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11
beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti, bir sıra
ölkələrin nazirləri, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələri
iştirak ediblər. Məşvərət Şurası çərçivəsində Azərbaycan-Avropa İttifaqı Yaşıl
Bağlantı üzrə investisiya dəyirmi masası təşkil edilib. Sözügedən iclasda
Prezident İlham Əliyev geniş məzmunlu çıxış edərək bildirib ki, «Sonuncu dəfə
bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük
edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya
çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük
etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir».
Ölkəmizin
başçısı çıxışında vurğulayıb ki, Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan
qazının tədarükü vasitəsilə biz əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti
üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin
edilməsinə töhfə verdik «Çünki hamıya yaxşı məlumdur ki, elektrik enerjisi
olmadan heç bir inkişaf əldə etmək mümkün deyil. Bu, həm Suriya, həm region, həm
də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi».
Eyni
zamanda, ölkəmiz yaşıl enerji sahəsində də ciddi hədəflərə çatmaq
üçün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində mühüm təşəbbüslər
həyata keçirir. Ona görə də bu gün «Yaşıl enerji» mənbələrindən əldə edilən
elektrik enerjisinin ixracı Azərbaycanın enerji strategiyasında yeni bir mərhələnin
başlanğıcı kimi qiymətləndirilir. Ölkəmizdə bərpaolunan enerji mənbələrinin
miqyasının genişləndirilməsi Prezident İlham Əliyevin iqtisadi siyasətinin
mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Məhz buna görə də
2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bu mənbələrin payının 30
faizə çatdırılması əsas vəzifə irəli sürülüb.
Bir
daha aydın görünür ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət
Şurası çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın «Yaşıl enerji»
imkanlarının maksimum səviyyədə genişləndrilməsi ölkəmizə əhəmiyyətli dərəcədə
iqtisadi dividendlər gətircəkdir. Prezident İlham Əliyevin Bakı Konqres Mərkəzindəki
çıxışında dediyi kimi, « Cari ilin yanvarında regionda indiyədək ən böyük
külək elektrik stansiyasının - 240 meqavat gücündə obyektin açılışı olub. Layihə
«ACWA Power» tərəfindən maliyyələşdirilib və həyata keçirilib. Bu, bizim artıq
malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü
ildə «Masdar» şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib.
Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ
enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik”.
Beynəlxalq
tədbirdə vurğulanıb ki, 2032-ci ilə qədər Azərbaycanda alternativ enerji mənbələrindən
6-8 giqavat elektrik enerjisi əldə edilməsi gözlənilir ki, bu da xaricə ixrac
ediləcəkdir. Preziden İlham Əliyev bu barədə deyib : «Hazırda elektrik enerjisi
istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədilə daxili tələbat
üçün istifadə etməliyik. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri
ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti
təmin etməliyik.»
Xatırladaq
ki, Azərbaycanın bərpaolunan enerji strategiyası Prezident İlham Əliyevin təşəbbüsü
ilə hazırlanmış və 2021-ci ilin fevralında qəbul edilmiş «Azərbaycan 2030:
Sosial-iqtisadi inkişafın Milli Prioritetləri»nə əsaslanır.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



