Hacıqabulda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Gender bərabərliyi və idarəetmədə qadınlar” mövzusunda ictimai dinləmə keçirildi

2026-03-06 Baxış: 14
img

06 mart 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM), Yeni Azərbaycan Partiyası Hacıqabul Rayon Təşkilatının və Şirvan–Salyan Regional Mədəniyyət İdarəsinin Hacıqabul Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə rayon Folklor Klubunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Gender bərabərliyi və idarəetmədə qadınlar” mövzusunda ictimai dinləmə keçirildi.

Tədbirdə YAP Hacıqabul Rayon Təşkilatının sədri İsmayıl İbrahimov, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, rayonun müxtəlif qurumlarının nümayəndələri, təhsil və səhiyyə işçiləri, mədəniyyət və kitabxana əməkdaşları, YAP fəalları və həmçinin ictimaiyyət nümayəndələri iştirak etdilər.

İnteraktiv şəkildə keçirilən dinləmədə ölkəmizdə gender bərabərliyi sahəsində həyata keçirilən dövlət siyasəti və “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın hədəfləri barədə məlumat verilib. Çıxışlarda qadınların idarəetmə və qərar qəbuletmə proseslərində fəal iştirakının cəmiyyətin sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyi vurğulandı

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, rayonun ictimai həyatında fəallığı ilə seçilən qadınlara YAP Hacıqabul rayon təşkilatının Fəxri Fərmanları, qiymətli hədiyyələri, Uşaq və Ailələrə Dəstək Mərkəzinin Təşəkkürnamələri təqdim olunub.