Hacıqabul gəncləri üçün “LevelUP” Karyera Forumu keçirilib

23 aprel 2026-cı il tarixində
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan-Salyan regional nümayəndəliyinin
Hacıqabul bölməsinin təşkilatçılığı və Hacıqabul rayon Təhsil Sektorunun
tərəfdaşlığı ilə “LevelUP” Karyera Forumu keçirilib.
Forumun əsas məqsədi gənclərin
karyera planlamasına dəstək olmaq, təhsil və peşə seçimi zamanı qarşılaşdıqları
çətinliklər barədə onları maarifləndirmək və ixtisas seçimi prosesini
asanlaşdırmaq olub.
Tədbirin açılış mərasimində çıxış
edən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan-Salyan regional
nümayəndəliyinin Hacıqabul bölməsinin rəhbəri Həbib İbrahimov qeyd edib ki, Ulu
Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti bu gün
uğurla davam etdirilir və gənclərin hərtərəfli inkişafı daim diqqət mərkəzində
saxlanılır.
Daha sonra Hacıqabul Rayon İcra
Hakimiyyəti başçısının I müavini Saleh Ələsgərov rayonda gənclər sahəsində
həyata keçirilən işlərdən bəhs edib. Yeni Azərbaycan Partiyası Hacıqabul rayon
təşkilatının sədr müavini Hökmalı Mirzəyev rayonda gənclərin karyera
planlamasına dəstək verən mövcud imkanları diqqətə çatdırıb. Hacıqabul rayon
Gənclər və İdman Sektorunun müdiri Xalid Rəcəbli isə gənclər üçün yaradılan
imkanlardan danışıb.
Forum “Gənclərin təhsil və peşəkar
inkişaf imkanları” mövzusunda panel müzakirəsi ilə davam edib. Paneldə
Hacıqabul rayon Təhsil Sektorunun müdiri Bəxtiyar Ələkbərov, Şirvan şəhər
Gənclər Evinin direktoru Aytac Əliyeva və Hacıqabul rayon 1 nömrəli tam orta məktəbin
direktoru Qəndab Nəsibova çıxış ediblər.
Çıxışlar zamanı gənclərin şəxsi
inkişaf imkanları, təhsil və karyera planlamasında vacib amillər, düzgün
ixtisas seçimi və rayonda bu sahədə mövcud inkişaf istiqamətləri barədə dəyərli
fikirlər səsləndirilib.
Tədbir interaktiv müzakirələrlə
davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və gənclərə
faydalı tövsiyələr verilib.
Digər xəbərlər



