Bakıda kişi xəstəxananın həyətində arvadının boğazını kəsib

2019-06-10 Baxış: 681
img

10.06.2019

Bakıda ər arvadının boğazını kəsib. 

APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib. Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı tərəfindən ailə münaqişəsi zəminində boğazı kəsilib. Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 

Xəstəxanadan APA-ya yaralının vəziyyətinin ağır olduğu bildirilib.  

Faktla bağlı araşdırma aparılır.