Azərbaycan Ukraynaya humanitar dəstəyini genişləndirir

Azərbaycanın
xarici siyasət strategiyasında dövlətimizin gücünü təcəssüm etdirən mühüm
istiqamətlərdən biri humanitar diplomatiyadır. Bu, ölkəmizin humanist mövqeyini
açıq şəkildə nümayiş etdirir. Belə ki, Azərbaycan hər zaman yardıma ehtiyac
duyan, çətin duruma düşən ölkələrin yanında olub. Rəsmi Bakı Afrikadan Asiyaya,
Avropadan Latın Amerikasına qədər müxtəlif regionlarda humanitar təşəbbüsləri
ilə fərqlənib. Bunu Ukraynada baş verən hadisələr fonunda da görə bilərik. Hətta
deyə bilərik ki, Azərbaycanın humanizm prinsiplərinə sadiqliyi Ukrayna
böhranında özünü daha qabarıq şəkildə göstərir. Ukraynadan olan 500-dən artıq
uşaqın reabilitasiya proqramlarının həyata keçirilməsini buna misal göstərmək olar.
Yeri gəlmişkən, bu çərçivədə bir sıra humanitar layihələr həyata keçirilib və
Ukrayna uşaqlarının mütəmadi olaraq Azərbaycana gəlməsi bu prosesə müsbət töhfə
verib.
Azərbaycanın
Ukraynaya göstərdiyi humanitar dəstək enerji, həmçinin səhiyyə sahələrini də əhatə
edir. Göründüyü kimi, göndərilən humanitar yüklər sırf gündəlik həyatın bərpasına,
insanların ən zəruri ehtiyaclarının ödənilməsinə xidmət edir. Şübhəsiz, bu da
insanların gündəlik həyatının normallaşmasına xidmət edir. SOCAR-ın Ukraynada
yanacaqdoldurma məntəqələrinin fəaliyyəti də ikitərəfli biznes əlaqələrinin
inkişafına mühüm töhfə verir. Yeri gəlmişkən, aprelin 25-də Qəbələdə Prezident
İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuata
bəyanatında bildirib ki, SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət
göstərir, - eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var.
Volodimir Zelenski isə öz növbəsində çox ağır bir dövrdə Azərbaycandan 11
yardım paketini aldıqlarını vurğulayıb. Xatırladaq ki, bu günədək Azərbaycanın
Ukraynaya göstərdiyi ümumi humanitar dəstəyin, o cümlədən bərpa və yenidənqurma
yönümlü yardımların dəyəri 45 milyon dolları ötüb. Bir faktı da qeyd edək ki,
SOCAR müharibə dönəmində Ukraynada sosial və mədəni layihələrin inkişafına 7
milyon dollara yaxın sərmayə qoyub.
Şübhəsiz,
bu kimi humanitar təşəbbüslər Azərbaycan-Ukrayna əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığın
yeni mərhələyə qədəm qoymasına geniş imkanlar açır. Bu həm də ölkəmizin
mehriban və qarşılıqlı hörmətə əsaslanan siyasətini, ölkəmizin sülhə və əmin-amanlığa
sadiqliyini bir daha təsdiqləyir. Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi
başlayandan Azərbaycan dəfələrlə Ukraynaya humanitar yardım göndərib və bu
yardım hazırda da davam edir. Ukrayna rəsmiləri də dəfələrlə Azərbaycana
humanitar yardımlara görə təşəkkürlərini bildiriblər. Təşəkkürlərin ifadə
olunması isə təkcə diplomatik nəzakət yox, eyni zamanda Azərbaycanın humanitar
siyasətinə hörmət kimi dəyərləndirmək olar. Beynəlxalq qurumların nümayəndələri
də mötəbər tədbirlərdə Azərbaycanın humanitar siyasətini, böhranlı zamanlarda
dövlətimizin təmannasız yardımlarını çox yüksək qiymətləndirirlər.
Bütün
bunlarla yanaşı, mina təmizlənməsi sahəsində Azərbaycan təcrübəsinin bölüşülməsi
və müvafiq əməkdaşlığın inkişafı da gündəmdədir. İşğaldan azad olunmuş ərazilərdə
aparılan bərpa və quruculuq işləri Azərbaycanın bu sahədə formalaşdırdığı
unikal təcrübəni daha da aktuallaşdırır.
Yeri
gəlmişkən qeyd edək ki, bütün öllələrin ərazi bütövlüyünün və suverenliyinin tərəfdarı
olan, ərazi bütövlüyünün pozulmasından onillər əziyyət çəkən Azərbaycan Ukrayna
ilə Rusiya arasında münaqişədə hər hansı bir formada iştirak etmir, hərbi
komponentlərdən tamamilə uzaqdır. Azərbaycan bu müharibınin iki dövlət arasında
qarşılıqlı dialoq və anlaşma şəraitində həllinin tərəfdarıdır. Bu mənada Azərbaycan
regionun diplomatik paytaxtı olaraq, münaqişəyə hər hansı subyektiv baxışı
olmayan ölkə kimi gələcəkdə bu münaqişənin sülh yolu ilə həlli üçün platforma
rolunu oynaya bilər.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



