Azərbaycan–Ukrayna münasibətləri: strateji əməkdaşlığın inkişafı.

Aprelin
25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti
Volodimir Zelenski arasında keçirilən görüş iki ölkə arasında münasibətlərin
inkişaf dinamikasını bir daha göstərdi. Görüşdən sonra verilən bəyanatlarda əsas
diqqət siyasi dialoqun davamlılığına və əməkdaşlığın genişlənməsinə yönəldi.
Qeyd
olundu ki, son illər ərzində prezidentlər səviyyəsində keçirilən görüşlər müntəzəm
xarakter alıb. Bu görüşlər həm ikitərəfli formatda, həm də beynəlxalq tədbirlər
çərçivəsində baş tutaraq Azərbaycan–Ukrayna əlaqələrinin davamlı inkişafına
töhfə verir. 2019-cu ildən etibarən formalaşan şəxsi və siyasi münasibətlər, eləcə
də qarşılıqlı səfərlər bu əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır.
İki
ölkə arasında əməkdaşlığın əsasında güclü siyasi baza dayanır. Müxtəlif illərdə
imzalanmış strateji tərəfdaşlıq sənədlərində dövlətlərin qarşılıqlı olaraq
suverenlik və ərazi bütövlüyünə hörmət prinsipi açıq şəkildə ifadə olunub. Bu
yanaşma həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək kimi özünü
göstərir.
Son
dövrlərdə əməkdaşlıq yalnız siyasi sahə ilə məhdudlaşmır, eyni zamanda praktiki
istiqamətlər üzrə də genişlənir. Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin
keçirilməsi və Hökumətlərarası Komissiyanın fəaliyyəti bu baxımdan xüsusi əhəmiyyət
daşıyır. Bu formatlar tərəflər arasında əlaqələrin sistemli şəkildə inkişaf
etdirilməsinə imkan yaradır.
İqtisadi
və enerji sahələri əməkdaşlığın əsas istiqamətlərindən biri kimi diqqət çəkir.
Xüsusilə energetika sahəsində həyata keçirilən fəaliyyətlər, investisiya
imkanları və ticarət dövriyyəsinin artımı iki ölkə arasında iqtisadi əlaqələrin
geniş potensiala malik olduğunu göstərir. Mövcud göstəricilər gələcəkdə daha
böyük iqtisadi əməkdaşlıq üçün zəmin yaradır.
Bununla
yanaşı, hərbi-texniki sahədə də əməkdaşlıq imkanları müzakirə olunub. Hər iki
ölkədə sənaye və hərbi istehsal sahələrinin inkişafı birgə layihələrin həyata
keçirilməsi üçün əlverişli şərait yaradır. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi
perspektivli sahələrdən biri kimi qiymətləndirilir.
Ümumilikdə,
keçirilən görüş göstərir ki, Azərbaycan və Ukrayna arasında münasibətlər
qarşılıqlı hörmət və tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir. Mövcud əməkdaşlıq
imkanları və gələcək perspektivlər bu əlaqələrin daha da möhkəmlənəcəyini deməyə
əsas verir.
Hökmalı Mirzəyev,
YAP Hacıqabul rayon təşkilatının sədr
müavini.
Digər xəbərlər



