Azərbaycan ilə Çex Respublikası arasında münasibətlər yeni mərhələnin yüksəldiyini nümayiş edir

Çex
Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri mühüm önəm kəsb
edir. Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Çex Respublikasının
Baş naziri Andrey Babişlə keçirilən görüşlərdə də ikitərəfli əlaqələrin
inkişafı, qarşıda duran əsas vəzifələr geniş şəkildə müzaakirə edilib. Sözsüz
ki, bu səfər iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin daha da
möhkəmləndirilməsi və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından
mühüm addım kimi yüksək qiymətləndirilir. Aparılan yüksək səviyyəli danışıqlar,
imzalanan sənədlər və keçirilən görüşlər Azərbaycan ilə Çex Respublikası
arasında əməkdaşlığın müxtəlif sahələr üzrə genişləndirilməsinə yönəlib. İki
lider arasında baş tutan görüşlərdə münasibətlərin mövcud vəziyyətini yüksək
qiymətləndirilib, qarşılıqlı etimada əsaslanan siyasi dialoqun davamlı xarakter
daşıdığını vurğulanıb. Həmçinin görüşlər zamanı beynəlxalq və regional məsələlər
ətrafında da geniş fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edilib. Bu bir reallıqdır
ki, Azərbaycan ilə Çex Respublikası arasında ticarət dövriyyəsinin artırılması
üçün böyük potensial mövcuddur. Xüsusilə sənaye, maşınqayırma, kimya, kənd təsərrüfatı
və informasiya texnologiyaları sahələrində birgə layihələrin həyata keçirilməsi
üçün əlverişli imkanlar vardır. Enerji sahəsində əməkdaşlıq müzakirələrin mühüm
hissəsini təşkil eedib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində
oynadığı rol xüsusi qeyd edilib, ölkənin zəngin enerji resursları və tranzit
imkanlarının Avropa bazarları üçün əhəmiyyəti vurğulanıb. Bu kontekstdə enerji
resurslarının şaxələndirilməsi və dayanıqlı enerji layihələrinin həyata
keçirilməsi istiqamətində əməkdaşlığın dərinləşdirilməsi barədə razılıq əldə
olunub. Həmçinin bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində təcrübə
mübadiləsi və texnoloji əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub.
Səfər
çərçivəsində keçirilən Azərbaycan–Çexiya biznes forumu iqtisadi əməkdaşlığın
praktiki müstəvidə inkişafına təkan verən mühüm platforma olub. Forumda hər iki
ölkənin dövlət qurumlarının nümayəndələri, sahibkarlar və investorlar iştirak
etmiş, investisiya imkanları, biznes mühiti və birgə layihələrin həyata
keçirilməsi perspektivləri ətrafında geniş təqdimatlar keçirilib. Bu isə öz
növbəsində iş adamları arasında birbaşa əlaqələrin qurulması gələcək əməkdaşlıq
üçün real zəmin yaratmış olur.
Azərbaycan
ilə Çex Respublikası arasında münasibətlər keyfiyyətcə yeni mərhələnin yüksəldiyini
nümayiş edir. Səfər çərçivəsində əldə olunmuş razılaşmalar və müəyyən edilmiş
istiqamətlər qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənəcəyinə, həmçinin
iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənəcəyinə əsas verir.
Maya
Qənbərova
YAP
fəalı, Hacıqabul Tarix Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi.
Digər xəbərlər



