Prezident İlham Əliyev məktəb tikintisi üçün 40 milyon manat ayrılması haqqında sərəncam imzalayıb.

2019-06-11 Baxış: 790
img

11.06.2019

Prezident İlham Əliyev “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

MAYAKİNFO-nun xəbərinə görə, sərəncama əsasən, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.17.1-ci yarımbəndində göstərilmiş 40.0 (qırx) milyon manat vəsait Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.