Neftçala rayon sakinini cərəyan vuraraq öldürüb
2019-06-11
Baxış: 1785

11.06.2019
Bakıda usta faciəli şəkildə ölüb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Maştağa qəsəbəsi, “Muşalan” yeni yaşayış massivində baş verib.
Neftçala rayon sakini, 1967-ci il təvəllüdlü Həsən Ələsgərov Elnur İlyasova məxsus fərdi yaşayış evinin dam örtüyünü vurarkən yüksək gərginlikli elektrik cərəyanının vurması nəticəsində ölüb.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.



