Xəzər dənizində neft tankerində partlayış olub, 3 nəfər ölüb
2019-06-11
Baxış: 793

11.06.2019
Xəzər dənizində, Mahaçqala limanında Rusiyaya məxsus neft tankerində partlayış baş verib.
APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə zamanı 3 nəfər ölüb.
Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır. Gəmi rusiyalı milyarder Vladimir Lisinin “UCL Holdinq”inə məxsusdur. Hadisə zamanı Xəzər dənizinə neft sızıntısı müşahidə olunmayıb.
Digər xəbərlər



