5 rayonda ahıllar üçün də günərzi xidmət mərkəzləri yaradılacaq

2019-06-11 Baxış: 803
img

11.06.2019

Azərbaycanda 5 rayonda ahıllar üçün günərzi xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulub.

Bu barədə MAYAKİNFO-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib.

Hazırda nazirliyin pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində həmin kateqoriyadan olan şəxslər stasionar şəkildə xidmətlərlə təmin edilirlər. Həmçinin əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan, özünəqulluq qabiliyyəti olmayan tənha ahıllara evlərində sosial-məişət xidməti göstərilir.

Yeni günərzi mərkəzlərdə isə tənha ahıllara yarımstasionar şəkildə sosial-məişət, tibbi, mədəni və başqa xidmətlər göstərilməsi, asudə vaxtlarının səmərəli təşkili və s. istiqamətlərdə işlər aparılacaq.