Donald Tramp Kim Çen Indan dostluq mesajı alıb

2019-06-12 Baxış: 632
img

12.06.2019

ABŞ Prezidenti Donald Tramp KXDR lideri Kim Çen Indan “çox isti” və “çox gözəl” mesaj aldığını deyib.

AZƏRTAC “The Hill” nəşrinə istinadla xəbər verir ki, Donald Tramp Vaşinqton və Pxenyanın yaxın gələcəkdə daha bir sammit keçirməyə və sazişə nail ola biləcəyinə əminliyini ifadə edib. “Kim Çen In hələ ki, sözünün üstündə dayanır və bu mənim üçün çox vacibdir”, - deyə ABŞ Prezidenti vurğulayıb.

Xatırladaq ki, ABŞ və KXDR arasında ilk sammit 2018-ci il iyulun 12-də Sinqapurda baş tutmuşdu. Donald Tramp və Kim Çen In sammitin nəticələrinə əsasən, birgə bəyanat imzalamışdı. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə bunun əvəzində KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi.

2019-cu il fevralın 27-28-də Vyetnamın Hanoy şəhərində keçirilən ikinci ABŞ-KXDR sammitinin gedişində isə tərəflər sazişə nail ola bilməmişdi. Sammit nəticəsiz başa çatsa da, liderlər dialoqu davam etdirmək barədə razılığa gəlmişdilər.