Cəlilabad sakini Sumqayıtda qətlə yetirilib.
2019-06-12
Baxış: 909

12.06.2019
İyunun 11-də saat 4 radələrində Sumqayıt şəhəri ərazisindən Cəlilabad rayon sakini Faiq Cəfərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 4-cü Polis Bölməsinə məlumat daxil olmuşdur. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilmişdir.
MAYAKİNFO xəbər verir ki, təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini S.Nadirov saxlanılmışdır.
Faktla əlaqədar CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.
Digər xəbərlər



